Uilyam Şekspir - Hamlet
Əsər Hamletin qardaşını öldürüb hakimiyyəti ələ keçirən, həmçinin qardaşının həyat yoldaşı ilə evlənən Danimarkanın yeni kralı Klavdidən intiqam almasından bəhs edir. Əsər 5 pərdəli, dram janrındadır. Xidmət göstərən Bernado və Marselin meşədə "gəzən kölgə" görməsi ilə başlayır. Bu qismi mənə " Mayn Ridin " Başsız atlı" əsərini xatırlatdı. Hamletin dostu Horatsio bu hadisəyə inanmır,lakin gözü ilə şahid olduqdan sonra qərara gəlir ki, bu hadisəni prins Hamletə bildirsin. Həmçinin əsərin süjet xətti boyu ən sadiq dostluğun bariz nümunəsi kimi Horatsionu göstərmək olar. Hamlet gəlir, kölgə ilə rastlaşır. Yaxınlaşdıqda mərhum atasının qiyafətində olan ruhu görür və onunla söhbət etməyə çalışır. Bu zaman kölgə onu yanına çağırır,amma dostları Hamletin irəliyə getməsindən çəkinirlər və ona mane olmağa çalışırlar. Onlara qulaq asmayan Hamlet kölgənin arxasınca gedir. Atasının ruhu olan bu kölgə öz ölümünün adi ölüm kimi yox, qətl kimi təsvir edir, qardaşından intiqam almasını istəyir. Hamlet bu məsələnin gizli qalması üçün dostlarına and içdirir. Norveç şahzadəsi Fortinbras Danimarkaya hücum etmək istəyir,lakin danışıqlar nəticəsində bu həll olunur. Polşaya hücum etdikdə Fortinbras Danimarkanın ərazisindən keçir.
Hamlet Poloninin qızı Ofelyaya dərin məhəbbətini bildirir, ona məktublar yazır. Bu məsələdən xəbər tutan atası buna reaksiyası yaxşı olmur. Hamletdən uzaqlaşmasını istəyir. Atasının intiqamını alması üçün Hamlet özünü dəliliyə vurur. Kral və kraliça bunun səbəbini öyrənmək üçün Hamletin keçmiş universitet yoldaşlarını, həmçinin Ofeliya ilə ani görüşünü təşkil edirlər. Poloni, Rozenkrants, Qildenstern yaltaq obrazladır.
Hamletin qarşısına aktyorlar çıxır və onlardan tamaşa göstərməsini istəyir. Bu zaman özünün təxəyyülündəki hissəni