Uilyam Şekspir - Hamlet
Əsər Hamletin qardaşını öldürüb hakimiyyəti ələ keçirən, həmçinin qardaşının həyat yoldaşı ilə evlənən Danimarkanın yeni kralı Klavdidən intiqam almasından bəhs edir. Əsər 5 pərdəli, dram janrındadır. Xidmət göstərən Bernado və Marselin meşədə "gəzən kölgə" görməsi ilə başlayır. Bu qismi mənə " Mayn Ridin " Başsız atlı" əsərini xatırlatdı. Hamletin dostu Horatsio bu hadisəyə inanmır,lakin gözü ilə şahid olduqdan sonra qərara gəlir ki, bu hadisəni prins Hamletə bildirsin. Həmçinin əsərin süjet xətti boyu ən sadiq dostluğun bariz nümunəsi kimi Horatsionu göstərmək olar. Hamlet gəlir, kölgə ilə rastlaşır. Yaxınlaşdıqda mərhum atasının qiyafətində olan ruhu görür və onunla söhbət etməyə çalışır. Bu zaman kölgə onu yanına çağırır,amma dostları Hamletin irəliyə getməsindən çəkinirlər və ona mane olmağa çalışırlar. Onlara qulaq asmayan Hamlet kölgənin arxasınca gedir. Atasının ruhu olan bu kölgə öz ölümünün adi ölüm kimi yox, qətl kimi təsvir edir, qardaşından intiqam almasını istəyir. Hamlet bu məsələnin gizli qalması üçün dostlarına and içdirir. Norveç şahzadəsi Fortinbras Danimarkaya hücum etmək istəyir,lakin danışıqlar nəticəsində bu həll olunur. Polşaya hücum etdikdə Fortinbras Danimarkanın ərazisindən keçir.
Hamlet Poloninin qızı Ofelyaya dərin məhəbbətini bildirir, ona məktublar yazır. Bu məsələdən xəbər tutan atası buna reaksiyası yaxşı olmur. Hamletdən uzaqlaşmasını istəyir. Atasının intiqamını alması üçün Hamlet özünü dəliliyə vurur. Kral və kraliça bunun səbəbini öyrənmək üçün Hamletin keçmiş universitet yoldaşlarını, həmçinin Ofeliya ilə ani görüşünü təşkil edirlər. Poloni, Rozenkrants, Qildenstern yaltaq obrazladır.
Hamletin qarşısına aktyorlar çıxır və onlardan tamaşa göstərməsini istəyir. Bu zaman özünün təxəyyülündəki hissəni
Sonda sizə sual səsləndirmişəm)Hər kəsə salam. Ümid edirəm ki, yaxşısınız Uzun zaman sonra dəyişiklik edərək yolumu Elxan Elatlıdan saldım. Nihal ilk baxışdan xoşbəxt qadındır. Gəncdir, gözəldir, həyat yoldaşı onu sevir, iki uşağı, sevdiyi işi, şəhərin mərkəzində ev-eşiyi var. Maddi cəhətdən heç bir korluq çəkmir. Atası sevimli qızına görə dünyanın o başına da getməyə hazırdır. Qardaşları da yeganə bacılarını dünyalarca sevir... Amma bütün bunlar yalnız üzdə görünənlərdir. Bir gün bu zahiri təmtəraq Nihalın gözündə qara qəpiklik olmayacaq. Bu ərköyün ərli qadın evli kişiyə aşiq olandan sonra hər şey ildırım sürətilə dəyişəcək. Atasının dostunun oğlu olan Cahid onun yuxusunu ərşə çəkib həyatını alt-üst edəcək. Ərinin Nihala ən yaxın rəfiqəsi ilə xəyanət etməsi isə sevgidən doymayan bu cılğın qadının əl-qolunu tamam-kamal açacaq... Qəfildən sosial şəbəkələrin ulduzuna çevrilən Nihal haradan biləydi ki, bu sərbəstliyi ona həyatı bahasına başa gələcək?! Polis zabiti olan sevgilisi Cahidin məsləhətlərinə məhəl qoymayan Nihal qısqanc ərini şübhəyə salır. Bir müddətdən sonra Nihal atasının bağ evində ölü tapılır. Keçmiş polis zabiti olan atası Nihalın ailəsindəki dava-dalaşdan xəbərdardır. O, qızının ölümündə kürəkənindən şübhələnir. Amma gənc qadının sirli ölümündə zavallı ərinin barmağı yoxdur. Həmin gün evdə olsa da..
İki ayrı ailə, iki evli insan, iki həyat....
Əsəri oxuyarkən həyəcanlı səhnələr var idi)) Hətta kitabı kənara atıb, bir müddət sonra gəlib oxumağa davam edirdim.. Bu arada bu kitabı 2 günə bitirdim.. Qadınlar siz kişilərin düşündüklərindən belə təhlükəlidir)) Hətta bu qadınlar sevən və qayğı istəyən bir qadındırsa o başqa məsələ...
Sizcə, qadınlar sizdən nə istəyir, nə gözləyir?
Evli olan bir insan təkrar aşiq ola bilərmi??