Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Başa düşdü ki, həyatını hansısa qadın ilə bölüşməyə qərar vermək səhv addımdır, çünki həmişə sonu yalnız məyusluqla bitir.
Sayfa 281Kitabı okudu
Yenidən keçmiş xatirələrim gözlərimin önündə canlandı. Məni incitsələr də, onları xatırlamaq belə mənə həzz verirdi.
Sayfa 275Kitabı okudu
Reklam
Bəzən biz kişilər sevdiyimiz insanlarla münasibətdə laqeydlik pərdəsi arxasında gizlənməklə özümüzü daha güvənli hiss edirik.
Sayfa 265Kitabı okudu
Zaman əzab-əziyyət çəkənlər üçün daha yavaş keçir və təbii ki, dəridə qalıcı izlər buraxır.
Sayfa 215Kitabı okudu
Onu gördükdə anladım ki, insan ömrünün qısa və ya uzun olması daha çox həyatda çəkdiyi iztirabın qədərindən asılı olur.
Sayfa 215Kitabı okudu
Anladım ki, ona ən böyük zərəri onunla yaşamaqla vururam.
Sayfa 152Kitabı okudu
Reklam
Axmaq insanlar arsız olduqlarına görə xarici görkəmcə yaxşı qalırlar, çünki müəyyən qədər ağıllı insanların məruz qaldığı dərd-qəm onlardan yan keçir.
Sayfa 130Kitabı okudu
Onu tanıdığım illər ərzində dəfələrlə olduğu kimi, o gecə də onunla evli olmadığıma görə dərin təəssüf hissi keçirmişdim.
Sayfa 127Kitabı okudu
Ürəyindən keçənləri etiraf edə bilməyəndə baxışlar fərqində olmadan onları izah edir.
Sayfa 125Kitabı okudu
Özünü günahkar hiss etmək və vicdan əzabı çəkmək heç də hər kəsə qismət olmur.
Sayfa 122Kitabı okudu
Reklam
Saf sevgisini özü ilə birlikdə qəbir evinə aparar, amma ləkə götürməsinə imkan verməz.
İkinci ayrılığını da dadmışdı və belə qənaətə gəlmişdi ki, həyatının son dövrünü yaşamağın ən əla üsulu səmərəli keçirilən tənhalıqdır.
O oğlanın qəlbində istənilən dərdə dözmək üçün yer var, amma yalana yoxdur.
Qəlbində bircə salamat yer də qalmayıb ki, bu dəfəki zərbə də ora dəysin.
Dediyi sözlər, onları deyiliş tərzi onun fələyin hər ağrı-acısını çəkməyə öyrəşmiş insan olduğundan xəbər verirdi. Sanki bütün ömrü boyu həyatın sərt qamçılarına sinə gərmək üçün doğulmuşdu.
29 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.