Sevgi ağaca bənzəyir: o öz-özünə böyüyür, bütün varlığımızda dərin kök salır, çox zaman zarabazara dönmüş sınıq bir qəlbdə göyərməyə və çiçəkləməyə başlayır. Sevginin gözü nə qədər kor olsa, bir o qədər çox yaşar. Bu da qəribə bir şeydir.
O, yer üzündə Sorbonna mühazirələrindən və Homerin şeirlərindən başqa şeylər də olduğunu, insanın məhəbbətsiz yaşaya bilməyəcəyini, ülfət və məhəbbət hissindən məhrum olan bir insanın - cırıldayan, qulaqları batıran yağlanmamış araba təkərindən başqa bir şey olmadığını anladı.
…hər bir fikir - istər fəlsəfi və istərsə dini olsun - əbədi olmaq istəyir; çünki bir nəsli həyəcana gətirmiş ideya başqa bir nəsli də həyəcana gətirmək və özündən sonra iz buraxmaq istəyir. Belə olduğu halda əlyazısı əbədiyyət və ölməzliyi təmin edə bilərmi? Şübhəsiz, bina daha möhkəm, zaman dəyişikliklərinə daha az tabe olan bir kitabdır. Yazılı sözü məhv etmək üçün bir süngər və kitabqurdu yetər. Daşa həkk olunmuş sözü məhv etmək üçün isə zəlzələ, yaxud da böyük bir inqilab lazımdır.
..ağıllı, ancaq sevmək qabiliyyətindən və sevilməkdən məhrum adam intellektual və mənəvi faciəyə məhkumdur, hətta ağır psixi xəstəliyə də tutula bilər. Bundan başqa, hesab edirəm ki, özünə qapanmış beyin ətrafdakılara ağrıdan və əzabdan başqa heç nə verə bilməz.