Bütün həyatını süni görünüşlərlə keçirən, varlığı məchul zavallı bəşəriyyət! Nə istəyirsiniz bu sünilikdən? Həm də nə qədər gözəl! Qaldırın bu divarları, belə… Elə bir həyat qurulmalıdır ki, orada hər söz bir qanun, hər şey bir həqiqət olsun. Hər şey göründüyü kimi deyil, olduğu kimi görünsün. Belə, belə! Sən də ey böyük sahir, söndür bu günəşləri, ay, ulduzları! Süni işıqlara lüzum yox! Dünya qaranlıqdır, qoy qaranlıq görünsün. Qaldır bu güzgüləri! Qoy bu şaşqın bəşəriyyət bir dəfə də olsa həqiqəti görsün, görsün ki, o bir heçdir. Sən özün də bir heçsən, yaratdıqların da! Bacarmırsan yaratma, yaradırsan yaşat!