Elsevər Qəlbiqəm

Elsevər Qəlbiqəm
@elsever_qelbiqem
"Unuda bilmirəm" pyesindən...
... «Mən çox əziyyətlər, çox əzablar çəkmişəm. Lakin heç bir zaman öz taleyimə acımamışam. Heç bir zaman «ah» çəkməmişəm! Süfrəmə qoyduğum halal çörəyimə heç vaxt naşükürlüklə baxmamışam. Mən heç vaxt yadlara boyun əyməmişəm. Mən həmişə dərin bir ləyaqətlə hiss etmişəm ki, həyatın ən böyük gözəlliyi, ən böyük mənası mərdlikdə, alnıaçıq olmaqdadır. »
Sayfa 225·Kitabı okuyor
Alıntı
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Nuşirəvanın oğlu Hörmüzə nəsihəti
Deyirlər, Nuşirəvan ölüm yatağında olarkən oğlu Hörmüzə bu nəsihətləri verir: "Oğul, rəiyyətin hər bir zümrəsinin könlünü xoş et. Təkcə özünü düşünmə. Əgər ancaq öz rahatlığını düşünsən, sənin hakimiyyətin dövründə heç kim rahatlıq tapmaz. Ağıllı insan istəməz ki, çoban yatsın, sürü qurda yem olsun. Daim füqaraların halına yan, çün unutma ki, şah tacını əhali sayəsində daşıyır. Padşah ağaca, rəiyyət onun kökünə bənzər...
Alıntı
GÖZLƏNİLMƏYƏN SEVGİ
Səadətin yalnız üz gözəlliklərində olmadığını bilirəm. Ancaq nə edəsən ki, insan insandır. Bu canlı vücud da sevib-sevilmək istəyir. İradən dağ kimi də olsa, yenə görürsən bu tələblər səni sarsıdır. Çünki bu tələblərin təmini həyatın mənası, gələcəyin yoludur. Ancaq onda yazıq olursan ki, bu yola addım basmaq üçün sən özünü haqlı bilmirsən... O zaman sən özünü həyatın bir küncünə qısılmış, mənasız surətdə o yan-bu yana əl-qol atan kimi görürsən... Dostum, sən, bəlkə də, burada məni tənqid edəcəksən...
Sayfa 27·Kitabı okudu
Alıntı
CXVII FƏSİL
"... Bu həyatda nə xoşbəxtlik var, nə də bədbəxtlik. İkisi də nisbidir. Bədbəxtliyin nə olduğunu bilməyən gerçək xoşbəxtliyin də nə olduğunu bilə bilməz. Həyatın nə qədər gözəl olduğunu dərk etmək üçün nə vaxtsa ölümü arzulamaq lazımdır. Dostunuz Edmon Dantes, Monte Kristo qrafı".
Sayfa 566·Kitabı okudu
Alıntı
XCIX Fəsil
Dünyada hər kəsin öz nöqteyi-nəzəri var. Bəzən insanın nöqteyi-nəzəri başqalarının nöqteyi-nəzəri ilə uyuşmur, ya da həmin nöqteyi-nəzər üzündən insan digər insanların nöqteyi-nəzərini qavramaqda çətinlik çəkir.
Sayfa 398·Kitabı okudu
Alıntı