Elsevər Qəlbiqəm

Elsevər Qəlbiqəm
@elsever_qelbiqem
Reklam
7/10
·127 syf.··
2024 11. kitabı
·
10 saatte okudu
·
Okunma: 25 Haziran 2024 00:26
Qəlbimdəki ağrı ilə yazıram bu təhlili. Açığı sonunun yaxşı bitəcəyinə özümü inandırmışdım........amma səhv etdim..... . Kitab iki gəncin maraqlı tanışlığı ilə başlayır. Maraqlı deyirəm, çünki belə tanışlıq həqiqətən eşitməmişdim(oxumamışdım:)) . Lakin hər sevgini yıxan yalan bu sevgiyə də bir əncam çəkmişdi. . Yalanı ilk öyrəndiyim zaman Lunaya haqq qazandırıb Əhmədi qınamışdım. Lakin Lunanın belə səhv addım atmasını da istəmirdim.... Lakin olan olmuşdu..... Amma hər iki tərəf artıq bərabər səviyyədə idi... . Kitab maraqlı, sadə dildə yazılmışdı. Kitabdan qadın səliqəsi hiss olunurdu sözün əsl mənasında.... İstifadə olunmuş şəkillər, şeirlər də hekayəyə ayrı bir maraq , dad qatırdı. . Real həyatda baş vermiş hadisədən yola çıxaraq yazılması isə insanı kitabdakı hadisələrə ciddi yanaşmağa sövq edirdi.... . . Ayrılıqlar sevilməsə də bəzən insan getməlidir..... . Amma gedən zaman digər variantı da (bu kitabdan yola çıxaraq) nəzərdən keçirib "Əlvida deməyə tələsməyin" .... . Xoş mütaliələr.....
Hayata Dair
Əlvida Deməyə TələsməBahar Bəxtiyarqızı · Mücrü Nəşriyyatı · 202412 okunma
Elsevər Qəlbiqəm
Bu kitab məndə o qədər dərin təsir buraxıb ki, heç vaxt unutmayacaq və kitabı, hər dəfə yaxşı kitab üçün darıxanda dönə-dönə oxuyacağam. Bahar xanıma uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram.
Əlvida Deməyə Tələsmə “Əlvida” deməyə tələsmə / 79 Mütaliəni çox sevən Luna evlərinin yaxınlığındakı kitabxanaya üzv olmuşdu. Elə oradaca əyləşib həm kitab oxuyar, həm də fikrini dağıdardı. Bu minvalla günün üçdə bir hissəsini kitabxanada keçirərdi. Bir gün seçdiyi və artıq oxuyub bitirdiyi bir kitabı rəfə qoyanda bir oğlan ona yaxınlaşdı: – Olarmı, o kitabı mənə verəsiniz? – soruşdu. – Əlbəttə, buyurun, – sonra oğlanın əlindəki kitaba nəzər salıb, – Bitirmisinizsə, mən də sizdəki kitabı ala bilərəm? – sualını verdi. – Təbii ki, buyurun. Oğlanın gözlərində kədər, üzündə qəhər vardı. Bu, Lunanın gözündən yayınmamışdı. Əyləşib həmişəki kimi ən sonda, pəncərə önündə kitabı vərəqləməyə, aramla oxumağa başlayanda gördü ki, kitabın bəzi cümlələrinin altından sadə qələmlə xətt çəkilib. Bir qədər duruxdu. Çox güman ki, bunları oğlan xətləmişdi. O cümlələr necə də qəlbinə toxunurdu. Sonra dərin ah çəkdi. “Yəqin, bu oğlanın da taleyi heç yaxşı gətirməyib. Mənim kimi nakam məhəbbətin qurbanıdır”, – düşünüb ona nəzər saldı. Bahar Bəxtiyarqızı
Elsevər Qəlbiqəm
👏👏