Elşad Alekberov

Elşad Alekberov
@elshdalkbrv
Omnes vulnerant ultima necat
Bakü
31 Mart 2000
123 okur puanı
Ocak 2020 tarihinde katıldı
İlk kitab
Öz kitabımı da Cover Photo etməsəm olmazdı 😅😁🖤
Reklam
Tanrının yaratdığı ilk qadın olan Lili bütün cəsur qadınların, bütün Güclü Qadınların ən böyük örnəyidir. Yalnız Lili Öz Gücünü Tanrıya Göstərmiş və Bütün Kişiləri məğlub edə biləcəyini göstərmişdir. Tanrı bəlkə də kişini yox Qadını yaratdığına görə özü ilə öyünə bilər. Lili bütün Qadınlığın örnəyidir. Qadınlar isə bütün bəşəriyyətin örnəyidir. Qadınlar həyatın davam etmə səbəbidir və bütün dünyanın ən güclüsü olduğunu göstərən bir varlıqdır. Qadınlar! 8 Martınız Mübarək Olsun, Hər Zaman belə güclü, belə ağıllı, belə sərrast bir Varlıq Olun! ❤️
Dünya üzərində ən nifrət ediyim insan tipləri kimlərdir desələr: 1)Özlərini kitab oxuyan kimi göstərənlər 2)Kitab oxuyub özlərini inkişaf etdirməyənlər 3)Kitab oxuyub Egolu olanlar Nədənsə 3-də də kitab faktoru var…
İnsanlık
00:15
Qəribədir: Torpağın üstündə döyüşənlər, altında qonşu olurlar. Bütün güllər dərilir, dost, bütün güllər dərilir. Amma, ən birinci məzar üstünə qoyulanlar solurlar. Eyni ağacdan düzəlir tar və silah qundağı. Eyni yerdən şikəst qalır anaların qucağı. ...bir də kəpənək zənn edər raketləri gül çiçək. Görən, hansı səs çıxar pianonun dillərini güllələsək? Yer kürəsinə baxıram: Əlahəzrət XXI əsr kimyəvi dərmanların üstünə yazır: “Uşaqların əlinin çatmadığı yerə qoyun” Göz yaşları içində pıçıldayır Doktor: “Uşaqları kimyəvi raketlərin çatmadığı yerə qoyun”
Şeir