Yorğunam mən...
Səndən də, özümdən də,
Gözündəki gözümdən də,
Susqunluğun səsindən də,
sözündən də,
Elə yorğunluğun özündən də
yorğunam mən.
Yorğunam mən...
Ta Adəmdən, Həvvadan,
Qəlbimi titrətməyən
Hər tələskən duadan,
Bir də şeytan aldadan,
o qırmızı almadan
yorğunam mən.