Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Profil
Nəyə qadirsen..
Ey insan bir bədən, birdaki ruha, Sinədə döyünən cana tebasən. Gözləri həsrətlə baxıb həyatda, De görüm həyatda nəyə qadirsən. Hər anın saatın ömürdən gedib, Payız yaprağı tək tez tökülərsən. O, qara saçların ağa çevrilib, Ağıda torpağa qurban verərsən. İtirmə toprağın gədir gıymətini, O, qara torpağda hazırdı yerin. Bir molla, quranın, birdə kəfənin, Dost tanış çiynində köçüp gedərsən. -Rufan Sraclı
Bu qədər dolaşıq yollar içində, Qədərsiz bu qeyli-qallar içində Bir yolun yolçusu olmaq çətindir. Bu qədər mütilər, qullar içində Bir elin dərdinə qalmaq çətindir. Bu qədər dolaşıq kələf içində Bəlkə bir açılan kələfi görmək, Bu qədər boz üzlü tərəf içində Haqqın üzündəki tərəfi görmək, Onun tərəfini tutmaq çətindir. Bu kələf açılmaz diş-dırnaq
Reklam
Yadındadı, Ürəyinə keşikçi dayanmışdın. Sən bu tərəfdən gözləyəndə, Mən o tərəfdən gəldim!
Mərhəmət duyğusu səndə yoxdursa Tutduğun orucun nə mənası var? Süfrəndə yoxsula yerin yoxdursa Bir ay ac qalmağın nə mənası var? Tərəzin çəkidə əyri çəkirsə Dilin zəhər kimi qəlb incidirsə Əlin rüşvət alıb-rüşvət verirsə
Qəzəl
Mirzə Əbdülxaliq Yusif
Mirzə Əbdülxaliq Yusif
Hər kim cahanda ləblərinin oldu şaiqi, Kəşf eylədi nəkatü rümuzü dəqaiqi. Dil bağlayan iradət ilə qeydi-zülfünə, Qət eylədi cəmiyi-qiyudü əlayiqi. Zülfün çıxartdı rayihəsi mişki yaddən, Mənsux qıldi ləli-ləbin şəhdi-naiqi. Saldı cahanə fitnəvü aşub gözlərin, Əbrulərin keçirtdi qılıncdan xəlayiqi. Gəh dağə saldı, gah girib bağə bağladı Ləlin dəhani qönçəni, çeşmin şəqaiqi. Şanə dəyəndə zülfünə könlüm olur xərab, Zülfünlə könlümün budu var aşinaliqi. Yusif üzari-alın ilən məhcəmalının Bir kəmtərin qulamıdı, gər olsa layiqi.
290 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.