Fidan

Fidan
@emptiness1511
Fələklə baş-başa nəyi bölürsən? Ömür başa çatır,indi gəlirsən?! Özünü günahkar nahaq bilirsən Kimə aldanaydım səndən savayı…?
Edebiyat
Reklam
Qəlbim yaman kövrəlib, Yaman doluxsunmuşam. Yadıma yenə də sən, Sən düşmüsən bu axşam. Gəlib qulaq asasan, Neçə dərdim,acım var. Eh,indi bilsən sənə Necə ehtiyacım var.
Edebiyat
Danışmırıq deyə elə bilmə darıxmıram. Saat neçədə yatdığını, ac olub olmadığını, yaxşı olub olmadığını hələ də çox fikirləşirəm. Çox şey dəyişdi həyatımda, mən dəyişdim, sən çox dəyişdin. Sonuncu görüşdə evin o qaranlıq yolunu ayaqlarım tutulmuş halda anladım heçnəyin bir də əvvəlki kimi ola bilməyəcəyini. Yanımda oturan sən idin, amma qəlbimdəki o insan deyildin, iliklərimə qədər hiss etmişdim, bu həmin insan deyildi. Həmin an necə hiss etdiyimi bilmirəm, sadəcə ruhumdan bir parçanın qopduğunu və bir də yerinə yapışdıra bilməyəcəyimi anlamışdım. Bilirsən o andan sonra, səni qəlbimə gömüb qapısını bağladım və bir də heç açmadım, aça bilmədim çünki sən o sən deyildin artıq. Qəlbimdəki sənə isə heç toxunmadım, heç azaltmadım, qəlbimdə yaşatmağa davam etdim və edirəm də. Bu qəlbə səndən başqası toxunmadı heç, toxuna da bilməz. Sən bilməsən də yaşayırsan məndə. Sən darıxmasanda, həsrətin hər saniyə sinəmdədi məndə. Bir gün şansın olsa qayıtma, bunları qayıdasan deyə demirəm, yaratdığın əsərə bax deyə içimi tökürəm, necə yandığımı bil istəmirəm. Onsuzda fərqi yoxdur bilirəm, amma nə qədərki gec deyil Allahdan səni bağışlaması üçün yalvarmağa başla. Çünki bu qədər günahı necə çəkərsən bilmirəm…
Edebiyat
Üz gözün dəyişib xarab olmusan Sən məndən gedəndə belə deyildin Mən səni hərkəsdən uca tuturdum Sən Allah de görüm kimə əyildin?
Alıntı
Əvəzsizin olmaq istəyirdim, Ürəyində təkcə mən olum deyə. Adım çəkiləndə gözlərin parlasın, Başqasını yox, məni duy deyə. Əvəzsizin olmaq arzum idi, Sevginin ən dərin yerində durmaq. Sənə toxunan hər sətirdə Təkcə mənim adım vurmaq… Amma nə gəldi? — sükut və sərinlik, Ürəyində yerim doluymuş artıq. Oldum sənin keçmişindən bir nəfəs, Bir xatirə, bəlkə də qırıq bir yarpaq. Əvəz etdiyin o biriyəm indi, Sənə lazım olanda xatırlanan. Əvəzsizin olmaq istəyirdim halbuki, Oldum əvəz olunan…
Alıntı