Fidan

Fidan
@emptiness1511

Fidan

, bir kitap okudu
Puan vermedi·168 syf.·
2025 16. kitabı
İlahə Səfərzadə
7.4/10 · 50 okunma
Reklam
Lap tutaq ki, kiminsə gözü qara, ala, nə bilim, badamı olsun, o gözlərlə ki sənə baxanda ağrıyan yerlərini oxumadısa, nə mənası?
Unutma, hər ad günündə sən də göy üzünə baxarsan, çünki həyat məni hansı uzaqlığa atırsa atsın, harada oluramsa olum, gecə saat on ikini keçəndə üzümü göylərə tutub sənə təbrik göndərəcəm. Ulduzların içindən sənə göz qırpanı olsa, bil ki, o mənəm. İçində ən böyüyünü görsən, bil ki, o da mənəm. O gecə ulduzların ən fərqlisi, ən parlağı mən olacam. O gecə göydən gələn bütün işarətlər mən olacam, unutma...
Azalırsan... Qaynar həyatın, yaşayan insanların içində yavaş-yavaş azalırsan. Hər keçən gün ziyanıma işləyir. Səni xatırlamaq üçün daha uzun düşünürəm. Qorxuram, Səhram, yoxluğundan qorxuram. Qorxuram ki, heç yaşanmamış, olmamış kimi təxəyyülün məhsuluna çevrilib qalasan beynimdə. Yaddaşımın künc-bucağını silkələməkdən yorulmuşam. Yaddaşıma etdiyim - zülmdür, işgəncədir. Xatirələrimə işıq salmaqdan yorulmuşam - onlar tükənir, buz barmaqlı gözəlim...