Tahmini Okuma Süresi:
4 sa. 46 dk.
Sayfa Sayısı:
168
Basım Tarihi:
2021
Yayınevi:
Bakı
ISBN:
9789952527278
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Sıralamalar

Yorumlar ve İncelemeler

Özünüzü sevin əziz xanımlar♡♡
6/10
·168 syf.··
2023 22. kitabı
·
5 günde okudu
·
Okunma: 25 Mayıs 2023 19:02
"Son xəyanət" də belə bitdi. Adından bu kitabın məni çox əsəbləşdirəcəyini anlamalı və oxumamalıydım)) Ancaq doğrusu oxuduğum üçündə peşman deyiləm. Hətda belə deyərəm ki, hər qadın bu əsəri oxusun, oxusun ki ən kiçik sevgi sözcüyünə inanmasın. Obrazlara gəlsək Məryəmin halına çox pis oldum(( hələ ölümü.... ölümü haqqında spoi vermək isdəmirəm.Amma o hissə məni təəcübləndirdi bunu gözləmirdim. Ən sevdiyim obraz Leyla oldu. Qürurlu qadınlara heyranam♡.♡ nə qədər Cavidi sevsədə xəyanəti bağışlamadı və dim dik durdu. Elnura olan nifrətimi hansı sözlə izah edim inanın bilmirəm. Və həqiqətən belə insanların olmuş olması da bir gerçəkdi. Kitabda dialoqlar biraz ət tökəniydi)) Məryəm Elnur'a "Elnurçik", anasına "Mami" Leylaya"Leyluş" deyə xitab edirdi. Həə bidə Elnarəyə "Eliş". Elnurçik'ə belə okay ama elnarənin qısaldılması havaxtan Elişdi ahahaa. Sonluğu sevmədim. Elnurun sonunu çox sadə yazıblar. Kitab boyu bizi əsəbdən öldürən yazar, kitabın sonunu o qədər sadə tutub ki..... Həyat yoldaşı tərketdi, iflas etdi, intihar etdi.... Biz oxucular onun necə süründüyünü necə gəbərdiyiniiii yaşamalıydıq!!! Bir səhifəyə sığdırnası heç olmadı həmdə heç.... Və bunuda qeyd edim ki çox sıradanıydı kitab mövzusu. Həryerdən görülə biləcək tərzdəydi. Daha fərqli kitablar gözdəyirik yazarlarımızdan! Yəni sözümün canı odur ki, qızlar kor-koranə güvənmiyin heç kimə. Özünüzdən çox dəyər verməyin. Qürurunuzu üstə tutun. Bağlanmayınnn aa kişii ahahaha. Unutmayın qızlar siz güclüsünüz!!! Siz ən dəyərlisiniz!!Hansısa pərpətöyünə ehtiyacınız yoxdu!!! Qüsursuz kitab yoxdur!! Qüsurlarıyla sevin kitabları!!!! Kitabla qalın salamat qalın!!!
Azerbaycan Edebiyatı
Son Xəyanətİlahə Səfərzadə · Bakı · 202150 okunma
8/10
·168 syf.··
Beğendi
·
2023 3. kitabı
Axşamınız xeyir olsun. Yeni bir kitab təhlili postu ilə qarşınızdayam. "Son Xəyanət" Ilahə xanımın qələmindən oxuduğum ikinci kitab oldu. Əsər gənc qızın məşhur bəstəkara heyranlıqdan doğan sevgisi və onu ölümə doğru aparan acı nəticəsindən bəhs edir. Kitabda paralel bir şəkildə iki fərqli ailənin həyatından söhbət gedir. Axıcı və sizi sıxmadan bir ,iki gün ərzində oxuyub bitirə biləcəyiniz aktual mövzuya sahib bir kitab olduğunu deyə bilərəm. Kitabı daha çox 15 -20yaş aralığında olan gənclərin oxumasını istərdim. Bu yaşlar gənclərin ən çılğın olduğu və həyatı düşünmədən yaşadıqları zamanlardır. Əsas olan bir kitabı oxumaq deyil həmin kitabın sənə nə qatmış olduğudur. Son Xeyanət kitabının veridiyi ana mesaj heç də insanların göründüyü kimi olmadığını göstərir. Bizim kənardan qüsürsuz olaraq zənn etdiyimiz insanların əslində ən böyük qüsurları gizlətdiyini görürük. Nəticədə heç bir insan mükəmməl və güvənilir deyildir. Buna görə də çox zaman ilk zərbələri ən çox güvəndiyimiz insanlardan alırıq.
Son Xəyanətİlahə Səfərzadə · Bakı · 202150 okunma
Reklam