Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gerçəyin İzində

İlahə Səfərzadə

Yorumlar ve İncelemeler

Tümünü Gör
264 syf.
·
Puan vermedi
İlahə Səfərzadə -"Gerçəyin izində" İnsanın özünə etdiyi pisliyi bütün dünya yığışsa, edə bilməzmiş. Artıq yazıçının qələmindən oxuduğum üçüncü kitab idi, hadisələrin fərqli cərəyan etməsi, axıcılığı,həmçinin nəşriyyatın bəzi hərf səhvlərini nəzərə almasaq,kitabın dizaynı və keyfiyyətini yazıçının digər kitablarından daha çox sevdimm. Kitabda hadisələr zəngin ailənin Gülnar adlı qızlarının yoxa çıxması ilə başlayır.Səma bacısının bu şəkildə qəfil yoxa çıxmasından narahat olur və günlərlə onun axtarışı üçün nələrsə etməyə çalışır. Axtarış müddətində bir sıra yanlış yönləndirmələr olsa da yavaş -yavaş hər şey aydın olur.Bu müddətdə Səma 25 ildir gizlədilən ailə sirrini öyrənir,hansı ki,bu sirrin ortaya çıxması nəticəsində onların həyatının yalandan ibarət olduğu bəlli olur.Elə Gülnarın yoxa çıxmasının səbəbi də bu sirri əvvəldən öyrənmiş olması idi. •25 ildir gizlədilən bu sirr nə idi ? •Bəs Gülnarın aqibəti necə olur? •Səma bacısının başına nə gəldiyini öyrənə biləcək mi? Çox spoiler verməyim) Suallara cavab tapmaq üçün mən zamanın necə keçdiyini bilmədən oxudum. Sizə də tövsiyəmdir. •İnsanı şəxsiyyət edən vicdanmış. Əgər o yoxdursa, təhlükəlisən. Sizlərə xoş mütaliələrr
Gerçəyin İzində
Gerçəyin İzindəİlahə Səfərzadə · Bakı · 012 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.