Bəli, biz bədbəxt olduğumuz zaman başqalarının da bədbəxtliyini dərindən hiss eləyirik; Bu hissiyyat dağılmır, bəlkə bir yerə yığılıb daha da möhkəmlənir...
Hər şeyin başqasına aid olduğu bir zamanda mənim korluğuma səbəb nə idi? Hətta onun mənə bu mehribanlığı, qayğısı, məhəbbəti, bəli, mənə bu məhəbbəti, bunların hamısı başqası ilə tez görüşmək sevincindən və həmin sevinclə mənim də könlümü açmaq arzusundan ibarət deyildimi?
Yoxsa hər kəs özünü elə göstərir ki, guya o, əslində olduğundan daha sərtdir. elə bil hərkəs, ürəyindəkini tez desə, hisslərinin təhqir ediləcəyindən qorxub susur.