Vəfa Eyvazlı

Vəfa Eyvazlı
@eyvazlivefa
Xəzər Universiteti
Bakü, 4 Haziran 2000
80 okur puanı
Ocak 2020 tarihinde katıldı
Puan vermedi·176 syf.··
Beğendi
·
2021 21. kitabı
·
1 saatte okudu
·
Okunma: 15 Mayıs 2021 16:08
Anarın “Ağ Liman” povestini dəyərli edən ünsür onun 60-cı illərdə belə bir əsər yaratmısıdır. Povestdə biz gündəlik həyatın axarında diqqət etməyəcəyimiz insanların mənəvi dünyasına qonaq oluruq. Həmin bu insanların iç dünyası səhvləri və doğruları arasında tərəfsizcə bizə çatdırılır. Əsər Nemət obrazının yuxusu ilə başlayır. Fikrimcə, yazar əsərdə əbəs yerə yuxu aləmi ilə başlamır. Məhz əsərin belə başlamasının səbəbi əsərin sonunda da gördüyümüz kimi Nemətin olduğu yerə aid olub-olmadığını sorğulamasıdır. Nemət buna görə yuxusunda olduğu yerdən başqa bir yerə getməyi arzulayır, hətta illərdi bunun üçün sıra gözlədiyini də düşünür. Ədəbiyyatda çox istifadə olunan eyni paltarlı şəxslər simvolikası insanların bənzər həyatlar yaşamasına, bir növ monotonluqdan kənara çıxa bilməmələrinə işarət idi. Hansı ki, bu həyatların sonunda insan yaşamadığını dərk edir. Necə ki, Səftər dayı yoldaşının qəbirüstünə gedərkən bu məqamı vurğulayır. Onun dediyi kimi insanların yaşadıqları illər deyil, həqiqətən var olduqları və etdikləri əməllərlə xatırlanmaları lazımdır. Səftər dayı obrazı əsər boyu fikrimcə, ən təsirli obraz idi. Onun daxili dünyası, içindəki təklik hissi və düşüncələrindəki dərinlik bir oxucu olaraq məni özünə çəkdi. Səftər dayının qeyd kitabcası ilə söhbəti bir çox məqamı özündə birləşdirir. Bir zamanlar yaşayan, nəfəs alan insanların artıq o zənglərə cavab verməməsi, hər kəsin zamanla bir-birinə özgələşməsi, hətta insanın bir zaman sonra özünə belə yadlaşmasını büruzə verirdi. Obrazın monoloqu və ən sonda yenə özünə zəng etməsi də sanki axtardığı sualların cavabını tapacaqmış hissini onda oyadır. “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanının ilk mərtəbisini də fikrimcə, “Ağ Liman” əsərində görürük. Təhminə və Zaur obrazı əsər boyunca fərqli yerlərdə dolayı və
Ağ LimanAnar Rızayev · Qanun Nəşriyyatı · 0431 okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
9/10
·184 syf.··
Beğendi
·
2020 15. kitabı
Kitab haqqında fikirlərimi birdirməmişdən əvvəl kitabın üz qapağının dizaynı haqqında danışmaq istəyirəm. Kitabı əlimə aldığım andan etibarək tək düşündüyüm Rusiya bayrağına necə bənzədiyi idi. Sadəcə bir rənglə fərqlənirdi mavi yerinə qara rəng görünürdü. "1984" əsərini çox sevdiyim üçün heç haqqında oxumadan "Heyvan respublikasını" oxumağa başladım və ən son arxa qapağında Stalinin hakimiyyətinə qarşı yazıldığının açıq şəkildə qeyd edildiyini gördüm. Təbii ki, "1984" əsərindən Orwellin ruslara qarşı olan fikirlərinə bələd idim. Bəlkə də üz qapağı ona görə bu qədər diqqətimi cəlb etdi. İki əsərində oxumuş və Georgenin qələmini çox sevən biri olaraq deyirəm ki, yanlış ardıcılıqla oxumuşam. İlk öncə "Heyvan respublikası" daha sonra "1984" əsəri oxunulsa, fikrimcə daha düzgün olar. Səbəbi isə iki əsəri də çox nüansın birləşdirməsidi. Və "1984" əsərində bunlar ətraflı şəkildə yazılsa da, "Heyvan respublikası"nda ötəri şəkildə verilib. Belə deyim analiz etmək, öz düşüncələrinizlə fərqli nökteyi-nəzərlərə çatmaq istəyirsinizsə, bu ardıcılıqla oxumaq daha yaxşıdı. İnsanların heyvanlaşdığı, heyvanların insanlaşdığı qəribə bir əsərdi. Heyvanlar üzərində insanların toplu psixologiyanın necə qurbanı olduğu, siyasətin görünməyən və ya çox açıq olub, görmədiyimiz tərəflərinə ayna tutur. Kitabdan necə spoiler vermədən söhbət açım düzü heç bir fikrim yoxdu. Spoiler sevmirsinizsə, davamın oxumayın). Kitabda diqqətimi çəkən heyvanların yazma, oxumanı öyrəndikdən sonra sadəcə hökümləri oxumaq üçün istifadə etdiyi oldu. Məsələn itlər bunu yalnız "yeddi hökmü" oxumaq üçün istifadə edirlər. Və ya hər hansı haqsızlığa qarşı heyvanlar dinlənmək istədiklərində qoyunların daim "Dörd ayaq yaxşıdır, iki ayaq pis!' şüarını səsləndirmələrini və heyvanların susmağa məcbur olmaqları və bir çox
Heyvan RespublikasıGeorge Orwell · Parlaq İmzalar Neşriyyat · 0296,8bin okunma
8/10
·304 syf.··
Beğendi
·
2020 13. kitabı
·
10 saatte okudu
·
Okunma: 03 Mart 2020 13:54
Leyla kitabı, ön sözün oxuya bilmədiyim kitab. Bir qadının - Leylanın timsalında minlərlə qadının Bosniya müharibəsində yaşadığı ağrıları, sancıları və ən əsası yox oluşu qələmə alınıb. Leyla 16 yaşlı bir qızcığaz, hələ dünyanın nə olduğunu yeni-yeni dərk etməyə başladığı, buludların üzərindəki xəyal dünyası ilə yaşayərkən müharibənin əsl üzü ilə tanış olur. Kitabı oxuyarkən sarsılıb, qarabasma içərisində reallığın ağrılı tərəflərinə bələd olursan. Leylanın balaca bədənində onunla böyüyə bilməməyin nə demək olduğunu, çəkdiyi əzabları görüb, hiss edib amma heç vaxt özünü onun yerində təsəvvür edə bilməməyi dərk edirsən. Kitab həqiqətən çox dəyərlidi. Tarix kitabları sadəcə tarixlərdən ibarətdir amma insanların yaşadıqlarını, nalələri axı onları bizə vermir. Sakitçə pıçıldamır belə. "Qaçış intihar idi. Lakin yenə də bu ideya mənə ümid verdi." İntiharın belə ümid olduğunu düşünən Leyla əslində xəyal dünyası və optimistliyi ilə sağ qaldı. Bosniya müharibə dinin, irqin, millətin pislik və ya yaxşılıq etməklə heç bir əlaqəsi olmadığını açıqca ortaya qoyur. Fəridənin dediyi kimi bu dünyada sadəcə yaxşı və pis insan var. Hansı Fəridə ki, nahar yeməyi zamanı atılan qumbara ilə on altı yaşlı bədəni parça-parça olmuşdu.
LeylaAlexandra Cavelius · Parlaq İmzalar · 20178,9bin okunma
10/10
·428 syf.··
Beğendi
·
2020 8. kitabı
·
6 günde okudu
·
Okunma: 31 Ocak 2020 02:48
Bir anlıq düşünün 439 yaşınız var, amma görünüşünüz 39 yaşlı bir insanın görünüşünə bərabərdi. Necə hiss edərsiniz? Bir albatros olaraq pərvənələrlə eyni həyatı paylaşırsınız. Sevdiyiniz bütün insanlar ölməyə eyniylə siz də onların ölümünü izləməyə məhkumsunuz. Düşünün ki, Şeksprin şəxsən özünün yazdığı və canlandırdığı teatr tamaşasında musiqi alətinizlə minlərlə insanın qarşısında çıxış edirsiniz və ya Charli Chapli yemək yediyiniz zaman yanınızdan keçərkən sizə salam verir. Çaykovskinin bəstələdiyi və şəxsən özünün drijorluq etdiyi bəstəsini ilk dəfə dinləyənlərdənsiniz necə hiss edərsiniz? Hələ ki, sadəcə tarixə adını yazdırmış 3 məşhur şəxsiyyətin adını çəkdim, kitabda isə bir çox şəxsiyyət yer alır. Bir insan ruhuna neçə həyat sığar və ya sığa bilirmi? Hər 8 ildən bir bütün varlığınızı, xatirələrinizi məhv edib yeni bir insan kimi fərqli ölkələrdə yenidən var olmağa məcbur edilmək asandımı? Keçmiş hər zaman sizinlədi və zaman keçdikcə daha da ruhunuz yorulur. Həyatınızın yarısını belə tamamlamamısınız. Bəlkə 4, bəlkə də 5 əsrlik ömrünüz hələ qabaqdadı. Bu həm heyran edici həm qorxulu həyatı yaşayan Tom'un hekayəsidi. Teaspress'in möhtəşəm tərcüməsi ilə özünüzü sorğu-suala tutmağa hazır olun)
Zamanı Necə DayandırmalıMatt Haig · Teas Pres Neşriyat · 015,2bin okunma