Bilirsən, həyatdır, hər şey ola bilər. Sən başqa qadınlarla da ola bilərsən və lap yəqin olacaqsan da... Amma bu cür olmayacaq Zaur, heç kəslə olmayacaq bir də ...
Mən bilirəm... Ayrı cür ola bilər, bəlkə bundan da yaxşı ola bilər, amma bu cür yox... Ola bilməz ki, hər şey bax beləcə təkrar olunsun..
Axı heç bir təyyarə, heç bir gəmi, heç bir nəqliyyat vasitəsi insanın özünü özündən uzaqlaşdıra bilmir, keçmişindən ayıra bilmir və "səadət axtarmaq ifadəsi" o demək deyil ki, səadəti axtarıb tapmaq üçün
düzə -dünyaya düşməlisən... Xoşbəxtlik, ya bədbəxtlik insanın öz içindədir, onları yük kimi özünlə daşıyırsan belədən-belə, hara gedirsən get, lap dünyanın o başına; bu etibarlı yükdür - hara gedirsən get - nə itəcək, nə batacaq, nə azalacaq, nə artacaq...