Bir kitabın da belə sonuna gəldim. Zaurun axmaq düşüncələrini,qorxaqlığını oxuyanda çox əsəb keçirirdim.
Daha da dərinə gedərdim,amma istəmirəm.(Spoyler olmasın)
Tövsiyə edirəm,oxumayanlar varsa,oxumalıdırlar məncə..
Təhminə və ZaurAnar Rızayev · Qanun Nəşriyyatı · 20191,847 okunma
Bu kitab yazarın qələmindən oxuduğum ilk kitab idi. Kitabı oxuyarkən çox kədərləndim. Həyat hər zaman istədiyimiz kimi olmur təəssüf ki... Nəysə çox söz yazmayım, spoiler kimi olmasın:)
Əslində kitaba baxanda əvvəl oxuyub, oxumamaq arasında qalmışdım.) Amma oxumağa başladıqdan sonra gördüm ki, maraqlı kitabdır, oxumağa dəyər. Hisslərdən və onların mübarizəsindən bəhs edən bir kitabdır. Həm də çox axıcıdır. Biraz başım qarışıq olduğu üçün 1 günə bitirdim, daha da tez bitirə bilərdim.
Salam əziz kitab qurdları. Mən bu kitabı oxumağa başlayanda əslində əvvəl çox da təsirlənmirdim bilmirəm niyə:') Amma sonlarına doğru çox təsirləndim.
DİQQƏT!
SPOİLER OLA BİLƏR.
Həmidə o qədər acığım tuturdu ki.. Məsumənin ona dediyi sözlər, başına gələn hadisələr belə onu ağıllandırmadı. Yavaş-yavaş uçuruma sürükləndi. Arxasında da Məsuməni çiyninə ağır bir yük yüklənmiş halda qoyub, dünyadan köçdü..
Məncə həyatda insan ən birinci özünü sevməlidir, öz dəyərini bilməlidir. Məsumə həyatını övladlarına həsr etdi ki, onların bir təhsili, ailəsi, gözəl gələcəyi olsun. Amma sonra onlar analarının məsum, saf sevgisinə lağ edərək, onu evlənmək yolunda dəstəkləmədilər. Xoşbəxtlik hər kəs kimi Məsumənin də haqqı idi.
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20132,398 okunma
Yazarın qələmindən oxuduğum ilk kitabı idi. Məncə hər qızın oxumalı olduğu bir kitabdır. Oxumalıdır ki, Sənan, Amir kimilərə inanıb, həyatlarını məhv etməsinlər. Kitabı oxuyanda çox qarışıq duyğular içərisindəydim.