Fatima

Fatima
@falskr
7 okur puanı
Nisan 2020 tarihinde katıldı
Şu anda okuduğu kitap

Fatima

, bir kitap okudu
Puan vermedi·280 syf.·
3 günde okudu
·
2021 4. kitabı
Hakan Mengüç
8.2/10 · 1.689 okunma
Reklam
"Seçim..." dedi Ertan. "Herkes neyle mutluysa onu seçer... Bence bir sakıncası yok. Yeter ki günün sonunda seçimlerinden dolayı başkalarını suçlamasın, mutsuzluğunun faturasını başkalarına çıkarmasın."
İnsanlar ilk vaxtlarda onlara dözülməz gələn şəraitlərə tamamilə öyrəşə bilmək qabiliyyətinə malikdirlər. Villi yaşadığı bu ''mağara həyatı"na adət etmək üçün illərlə vaxt sərf etmişdi. Həyat bu illər ərzində onu insanlar arasında tənhalığa, özünəqapalı yaşamağa öyrəşdirmişdi. Düzdür, bu həyata öyrəşəndən sonra insan yaşamır, sürünür, ömrünün günlərini sayır. Ancaq bununla belə, yenə də o dözür, öz yükünü daşıdıqca daşıyır. Ürəyi sıxılıb parçalansa da, divarlar üstünə gəlsə də belə, daşıyır. İnsan sevincini, kədərini bölüşməyə, ürəyini boşaltmağa, lazım gəldikdə məsləhət almağa, yol getməyə münasib bir munis axtarır. Bu axtarış bir müddət davam edir. Bəzən nə qədər axtarsa da, bu böyük dünyada bir nəfər də olsun ona qulaq asacaq, ona yoldaş olacaq şəxs tapa bilmir. Dünya insanlarla doludur, ancaq onların hamısı üçün yalnız özləri maraqlıdır. Heç kimi digərinin darıxdırıcı həyatı düşündürmür. Hamı üçün yalnız öz hayatı maraqlı və diqqətəlayiqdir. Hər kəs yalnız öz əsərini oxumaq, öz romanını yazmaq istəyir.
Cahiz, ya da Əbülfərəc İsfahani yazır ki, Müaviyə xəlifə olduğu dövrdə bir dəfə atla Məkkəyə gedirdi. Dövrün tanınmış şəxslərindən biri də onun yanında idi. Müaviyənin başı onunla söhbətə qarışmışdı. Onların arxasınca atlılar gəlirdilər. Müaviyə mənsub olduğu Əməvi qəbiləsinin cahiliyyət dövründəki üstünlüklərindən danışıb deyirdi ki, o zaman atam Əbu Süfyan elə etdi, belə etdi və sair. Bu zaman yolda uşaqlar oynayır və daş atırdılar. Bu arada bir daş Müaviyənin yanındakı adamın alnına dəydi və onu qanatdı. O bir söz demədi və Müaviyənin sözünü kəsmədi. Qan onun üzünə və saqqalına axdı. Başı söhbətə qarışmış Müaviyə birdən bu kişiyə sarı çevrildi və üzünün qanadığını görüb dedi ki, alnından qan axır. O adam Müaviyəyə dedi ki, nə, qan, mənim üzümdən?! Guya diqqəti o qədər Müaviyədə olub ki, bu daşın dəyməsini, alnının yaralanmasını və qanın axmasını bilməyib. Müaviyə dedi ki, maraqlıdır, alnına daş dəyib, amma sən anlamamısan? Dedi ki, yox, xəbərim olmayıb. Əlini vurub dedi ki, hə, doğrudan da qandır. Sonra Müaviyənin canına, yaxud müqəddəslərə and içdi ki, söhbətin şirinliyindən qanın axdığını anlamayıb. Müaviyə soruşdu ki, beytülmaldan bəxşiş payın nə qədərdir? Dedi ki, filan qədər. Müaviyə dedi ki, sənə qarşı haqsızlıq edirlər, bunu üç dəfə artırsınlar. Müaviyə rejiminə hakim ənənə bu idi O dövrdə kim başçılara və xəlifələrə yaltaqlanırdısa, yuxarı başa keçirdi, işlər ləyaqətə görə bölünmürdü...