Aljir Sükut həmişə sözün yoxluğundan deyil, dərdin çoxluğundan da qaynaqlanır və yaşamağın intihar olduğu yerdə intihar lüzumsuz qalır. Seçimlərinin nəticəsinin ona Tanrı tərəfindən göndərilmiş tale olduğuna artıq heç bir şübhəsi qalmamışdı. Pəncərəyə qonan qaranquş cəh-cəhi Firuzəni yuxudan oyadanda Fərhadın ayaqları onun yarımcan cəsədini ölümə sarı sürükləyir, o isə dünyanı unudub içində daim gizli saxladığı Allaha dua etməyə başlamışdı.