Fatima Mahmudzade

Fatima Mahmudzade
@fatimahmudzade
Ars longa vita brevis.
10/10
·560 syf.··
2023 24. kitabı
·
8 günde okudu
·
Okunma: 31 Ağustos 2023 14:27
Edmond Dantes indiyədək oxuduğum obrazların ən möhtəşəmi olaraq qəlbimdə yerini tutdu. İntiqamın da beləsi. Kitabda obrazlar çoxdu, hadisələr qəlizdi ki, oxumağı çətinləşdirir, amma buna dəyər, və əsərin axıcılığına zərrə təsir göstərmir. 1-ci hissədə tamamlanmamış hadisələr çox idi deyə anlamaqda çətinlik çəkmişdim, lakin bitirdikdən sonra hər şey aydınlandı, tam tamına həzz aldım Edmondun intiqamından.Ən sevdiyim hissələr isə Edmondla Mersedes hissələriydi, illərdən bəri dəyişməyən eşqlərinə çox təsirləndim. Hamıya bu uzun, məşəqqətli amma sonda yaxşı ki deyəcəyiniz səyahətə çıxmağı məsləhət görürəm.
Qraf Monte Kristo (II kitab)Alexandre Dumas · Teas Press · 037,2bin okunma
Reklam
9/10
·272 syf.··
2023 9. kitabı
·
6 günde okudu
·
Okunma: 06 Nisan 2023 18:23
Həmişə gözəl və gənc qalmaq üçün ruhunu şeytana satmış bir adam. Ruhun gözəlliyi önəmlidir yoxsa cismin- sualını dərinləməsinə analiz etdim bütün kitab boyu. Lord Henry obrazı şeytanı təmsil etsə də, kitab boyu səsləndirdiyi fikirlər, Dorianla olan dialoqlarını çox bəyəndim. Ən bəyəndiyim xüsusiyyət isə, ssenarinin, səsləndirilən fikirlərin orijinallığı oldu, belə ki, evlilik, insan təbiəti, pislik, yaxşılıq, günah, ruh haqqında çox fərqli ideyalar, yanaşmalar öz əksini kitabda tapır, insana fərqli baxış bucağı qazandırır. “Sanat bir illetdir” “Aşk?” “Bir yanılsama” “Din?” “İnancın yerine geçen moda akımı.”
Dorian Gray'in PortresiOscar Wilde · Türkiye İş Bankası Kültür Yayınları · 202399,1bin okunma
10/10
·394 syf.··
2022 22. kitabı
·
7 günde okudu
·
Okunma: 17 Aralık 2022 21:40
Sanki yazıçı bu kitabla həyatın çirkin, görmədiyimiz, görmək istəmədiyimiz üzünü göstərir bizə. Hamımıza aşılanan sevgi, eşq hisslərinin tək başına bir heç, hətta insana kədər və fəlakətdən başqa heç nə gətirmədiyini üzümüzə “çarpır”. “Toz-pembe” dünyanın digər üzünü təsvir edir. Əsərdəki mənfi obrazlara insan o qədər nifrət edir ki, yəni insan bu qədər mi insafsız olar deyərək oxuyurdum səhifələri. Tək bəyənmədiyim tərəfi sonluğunu başqa cür arzuladığım, və hekayə başladığından bəri bu sonluğu bəlkə də gözlədiyimdən xəyal qırıqlığı yaşamağım oldu. Ədalətin bərqərar olmasını, xeyirin şər üzərində qələbəsini görməmək üzdü məni. Bəlkə də, bununla yazıçı yenə də sərtcə üzümüzə gerçək həyatda hər şey həmişə xoş sonluqla bitmir, ayılın xəyal dünyanızdan demək istəmişdir, kim bilir.
EzilenlerFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 202223,8bin okunma
10/10
·325 syf.··
Beğendi
·
2022 20. kitabı
·
9 günde okudu
·
Okunma: 07 Aralık 2022 00:29
Zehni əngəlli Charlie’nin əməliyyatla dahiyə çevrilişinin hekayəsi. Charlie dahiykən mi daha xoşbəxtdi yoxsa ondan öncəki həyatında mı? Başqa sözlə desək, düşünmək, bilmək, hər şeyi dərindən anlamaq insanı xoşbəxt edə bilir mi? Unutmaq insan övladına verilmiş ən böyük nemətdir, həqiqətən. Charlie əməliyyatdan sonra uşaqlıq travmalarını, “ailə”sini, ətrafındakı mənəvi yoxsun insanların ona olan münasibətini dəqiqliklə xatırlamağa nail olur, əsərin bu hissələrində gözlərimin dolmasını əngəlləyə bilmirdim. Xüsusən, cəmiyyətimizdə zehni əngəlli insanlara fərqindəlik yaratmaq məqsədilə, hamıya oxumağı şiddətlə tövsiyə edirəm.
Algernon'a ÇiçeklerDaniel Keyes · Koridor Yayıncılık · 202536,7bin okunma
“Tek suçları Yahudi olmaktı..”
9/10
·408 syf.··
2022 11. kitabı
·
5 günde okudu
·
Okunma: 29 Temmuz 2022 20:37
“Auschwitz dövmecisi” əvəzinə səhvən sifariş etmişdim kitabı. Nə yaxşı ki, həmin səhvi etmişəm. Auşvitz kimi ölüm məskənində məhkumlar bir “məktəb” qururlar, və kamptaki uşaqları az da olsa ətrafdakı dəhşətdən uzaq tutmağa çalışırlar. Nazilərin kitabları qadağan etdiyi kampta, “ölüm mələyi” Josef Mengelenin onu bilavasitə təhdid etməsinə baxmayaraq sona qədər “Auşvitz kitabxanaçısı” kimi ölümcül vəzifəni üstünə götürən 14 yaşlı Dita Kraus..Kitab real hadisələrə əsaslanır, təsvir olananlar o dərəcədə təsir edirdi ki, tez-tez Dita Krausun hazırda sağ olduğunu, Auşvits dəhşətindən xilas olaraq kitabın yazılmasında bilavasitə dəstək olduğu faktını özümə xatırladıb, təsəlli verirdim. Təsvir olunanların həqiqətən yaşandığı faktı kitabı oxuyarkən insanı daha da dəhşətə salır, həqiqətən keçən əsrin ortalarında- çox uzaq olmayan tarixdə baş verib bunlar? Auşvitz cəhənnəmindən sağ çıxmağı bacaran Ditanın hekayəsi böyük motivasiya mənbəyidir və kitabı oxumağı şiddətlə tövsiyə edirəm.
Auschwitz KütüphanecisiAntonio González Iturbe · Pegasus Yayınları · 20232,902 okunma
Reklam