Bilirsən, əzizim, on səkkizinci əsrdə qoca bir günahkar deyib ki, əgər Tanrı olmasaydı, onu uydurmaq lazım gələrdi. Və insan, doğrudan da, Tanrını uydurdu. Qəribə və əcaib olan Tanrının həqiqətən mövcud olması deyil, Tanrının zəruriliyi fikrinin insan kimi vəhşi və kinli bir heyvanın ağlına girməsidir.
Bəzi kitablar, sanki bilərək həyatımızın xüsusi bir anında həyatımıza daxil olur, bizə yoldaşlıq edir, öyrədir. Və bəzən biz kitabları deyil, kitablar bizi tapır. Eynilə bu kitabın məni tapdığı kimi...
Mark Avreli Roma imperatoru(161-180), həm də sitoisizm fəlsəfi məktəbinin nümayəndəsidir. "Kendime düşünceler" imperatorun özünə xüsusi qeydləri və stoik fəlsəfəsi haqqında düşüncələrini qeyd etdiyi yazılardır. Əsərin xüsusi adı yoxdur. "Kendime düşünceler" topluya verilən bir neçə addan biridir.
Fərqli bir aurası var kitabın. Sanki Markusla birlikdə oturub çay içirsən və onun söhbətinə qulaq asırsan. Və bu söhbətdən həyatına qatacağın, tətbiq edəcəyin qeydlər alırsan.
Mən bəzən kainatın bizə işarələr, mesajlar göndərdiyinə inanan biriyəm. Bu bir neçə gün ərzindəki düşüncələrim, qarşıma çıxan işarələr, bu kitabı oxumağa başlamağım və kitabda rastlaşdığım möhtəşəm cümlələrin bir təsadüf olmadığına inanıram...
Cümlələrinlə, həyat fəlsəfənlə ruhuma dəstək verdiyin üçün təşəkkürlər, kral.
Qeyd etdiyin kimi, mən də özümə söz verirəm:
“Kimnedersedesinyadaneyaparsayapsın, benrenginiyitirmeyenbirzümrütolacağım.”