Nədir sizin həyatınızın mənası?
Oğlan dedi:
⁃ Həyatın mənası olmur. Bu günəşin çıxması kimidir. Günəș çıanda göyün üzü quzarır, çəhrayı rənglər, ağ ilə maviyə qarışır. İnsanlar bu mənzərəyə baxanda sevinirlər. Onların bu mənzərədən xoșu gəlir. Amma soruşanda ki, niyə xoșun gəlir? Cavab verə bilmir. Çünki bunun izahı yoxdur. Ya da meyvə kimi, kimsə alma xoşlayır kimsə armud. Sorușanda niyə yenə izahı yoxdur. Bu belədir. Həyat da sadəcə var. Bos səhifə kimi. Dəftər kimi. Dəftərin mənası var? Yox. Dəftərin
içi boş olanda onun heç bir mənası olmur. Həmin dəftərə şeir yazsan olacaq şeir dəftəri, şəkil çəksən olacaq albom, nə gəldi yazsan olacaq qaralama. Həyat boș bir səhifədi. Nə yazacağımızı isə ancaq özümüz seçə bilərik. Mənasız cümlələrdən tutmuș, konstitutsiyaya qədər. Keçmişinə
bax. Onda biləcəksən ki, həyatın indiyə kimi nə dəftəri olub. Amma həyatın dəftərdən bircə fərqi var, köhnə səhifələrini cıra bilməzsən.