Müzik,edebiyat gibi duyguları anlatmıyor,bizzat yaşatmak amacını güdüyordu. Bu da işe yaramaz bir şeydi,çünkü benim duyguları yaşamaya değil,öğrenmeye ihtiyacım vardı.
Məgər gerçək həyatda faciələr azlıq edir,insanlar müsibətlərdən,yalanlardan,alçaq və cılız hərəkətlərdən kifayət qədər əzab çəkmirlər,ona görə də yaralarına duz səpirsiniz? Kədərli sonluqla bitən əhvalatları insanlara oxutdurub,nəyə görə vaxtlarını alırsınız?
Həyatın dözülməz saydığımızı bizə yaşadaraq bizi möhkəmləndirdiyini düşünürük. Amma məncə, möhkəmlənmirik, sadəcə yaralara öyrəşirik. Çünki yaralar nə qədər sağalsa da, izi daim qalır. Hətta bəzən məğlubiyyətimizi qəbul edib otururuq. Yaralar bizi səssizləşdirir... Yaralar bizə səbirli olmağı öyrədir... Yaralar bizə təcrübə qazandırır... Yəqin böyümək elə buna deyirlər. Anam mənə həmişə acıqlananda "Bir az böyü, Nərmin" deyirdi. Son dəfə şəhərə baxıb gülümsəyərək "Böyüdüm ana" dedim və təyyarənin giriş qapısına tərəf addımladım.