Dilimizdə "alçaq" sözü söyüşdür. Belədə, azəri necə paxıl olmasın, yan-yana durmaqla necə yetərlənsin? Fərqliliyini yarada bilməyən, əvəzedilməz ola bilməyən insan mütləq paxıl olacaq.
Qaranlıqdan qaçıb, daim aydınlığa can atan insan əslində özündən qaçır, öz şəxsiliyindən, öz içindən qaçır; o, özündən qıraqdakı dünyaya, öz içindən bayıra, əşyalara, nəsnələrə sarı qaçır.