Yəqin ki, gözümdə ən çox böyütdüyüm əsərlərdən biri ola bilər. Əsərdəki ailə ağacının genişliyi və adların çoxluğu göz qorxutsa da, oxuduqdan sonra obrazları üçün darıxdığım əsərlərdən biri oldu. Arcadio və Aureliano adlarından başqa ad yox imiş kimi ancaq bu iki adı nəsildən nəslə ötürməyə davam etdikləri üçün qarışıqlıq yarana bilir, amma əsərin içinə girəndə və obrazları yaxından tanıyıb xarakterlərinə bələd olduqda kimin kim olduğunu ayırd etmək mümkündür.
Ursula – romanın nənəsi; ən çox bağ qurub darıxdığım obrazlardan biri oldu. Buendia soyadı bu qadının çiyinlərində yüksələn və illərlə kürəyindən ata bilmədiyi bir yükə çevrilir. Əsər magik realizm ünsürləriylə zəngin olsa da, obrazların qüsurları o qədər insani və real hiss etdirir ki, evin sakinlərindən birinə çevrilirsən.
Ümumiyyətlə, Buendia ailəsində ailə anlayışı çox məhduddur. Hər bir obraz o qədər daxili dünyasına və öz tamahlarına qərq olur ki, ailədəki birliyi hiss edə bilmirsən, aralarında mütləq və aşılmaz sərhədlər var.
Ailənin kişiləri bir qədər standart xəttlə gedir: Aureliano adını daşıyanlar introvert və sakit tipajı, Arcadiolar isə daha ekstrovert, impulsiv insan imicini təsvir edir. Qadınlar isə bir-birilərindən xeyli fərqlənirlər. Məsələn, Amaranta sırf Rebecca ilə ədavətindən bəslənərək özünü ömürlük tənhalığa məhkum etməklə kifayətlənməyib hələ onu qardaşı nəvəsinə də ötürmək istəyir. Nifrəti yaşamaqdan usanmayıb hələ gələcək nəsillərə ötürmək istəyən bu qadın, sanki kin və ədavətin insanı necə içdən çürüdüb məhv etdiyinin nümunəsi olaraq yazılıb.
Digər obrazlar da öz yerində obsessiya, acgözlülük, sədaqətsizlik, radikallıq kimi insana xas, lakin zərərli xarakteristik özəlliklərin simvolu rolunda çıxış edirlər. Əsasən, hər birini uçuruma aparan şey bir-birilərinə hədsiz laqeyd
Yüzyıllık YalnızlıkGabriel Garcia Marquez · Can Yayınları · 202546,4bin okunma