Düşünən adamlar “xoşbəxtlər” və “bədbəxtlər” ifadəsindən az istifadə edirlər. Görünür, başqa bir dünyanın astanası olan bu dünyada xoşbəxt adam yoxdur.
Vay o adamın halına ki, ancaq bədəni, şəkli, surəti sevmişdir! Ölüm bunların hamısını onun əlindən alacaqdır. Çalışın ruhu sevin, onda siz yenə də onu taparsınız.
Biz ulduza iki səbəbə görə baxırıq: o həm işıq saçır, həm də əlçatmazdır. Lakin bizim yanımızda bundan da zərif işıq saçan bir halə, bundan da böyük bir sirr var, o da qadındır!
Ey sevgi, bu məftunluq! Ey bir-birini anlayan iki ruhun, bir-birinə təslim olan iki qəlbin, bir-birinə nüfuz edən iki baxışın duyduğu zövq! Sən gələcəksən, elə deyilmi, ey xoşbəxtlik?