Harri Haller 50 yaşındadır. Ömrü boyunca ikiyə bölünmüş mənəviyyatları arasında sonsuz bir savaş hökm sürür, bir tərəfi insanlardan, sosiallıq və incəsənətdən bəslənir, digər tərəfi isə bütün bunlara ikrahla yanaşır, əzib keçməyə can atır. Harri Haller bu iki şəxsiyyətdən biri yox, onların müharibəsi arasında sıxışıb qalmış bir sivil kimidir.
Özünü dərk edən bir çox insan "mən" dediyi, egosu ilə tanış olduğu andan etibarən bu tanışlığın heç vaxt bitmədiyini də anlayır. Həyatımıza daxil olan hər yeni insan və hər yeni duyğu bizə başqa bir “mən”i tanıdır; eynilə şahmat fiqurlarının yaratdığı saysız ehtimallar kimi. Lakin şahmatdan fərqli olaraq həyatda ağ və qara yoxdur, eləcə də qəti qalib. Bəlkə də məqsəd bu ehtimallar içində səhv addımlardan qorxmadan oyunu oynamağı bacarmaqdır.
İnsan bəzən bu kimliklərin içində itməməkdən ötrü etibarlı, hamı tərəfindən qəbul olunan birini seçib kimliyini həmin etiketlə məhdudlaşdırır; həkim, vəkil, müəllim, prokuror, hətta ana və ata – bütün kimliyi bundan ibarət olur. Bu cür bir çox "mən"lər cəmiyyətin təzyiq etdiyi rollardır. Ayrılıqda heç bir rol insan kimi mürəkkəb bir varlığı ifadə edə bilməz. Yeni kimliklər – yeni üzləşmələr, yeni çətinliklər deməkdir. Yenilik daima qorxuludur, amma insan bir kimliyin içərisinə sığa bilməyəcək qədər kompleksdir. Hətta deyərdim ki, həyatı yaşamaq onun və özünün bütün üzlərini görüb təcrübə etmək deməkdir.
Harrini yalquzağa çevirən təkcə bu iki kimliyinin fərqində olmaq, aralarında gedən daimi çəkişməsinin ortasında qalmaq idi. Bir şəxsiyyəti digərinin üstündə hökmranlıq edərkən əzab çəkirdi. Saysız-hesabsız ehtimal qapılarını açıb öz dərinliklərinə endiyi andan etibarən başa düşdü ki, bu çəkişmə sadəcə iki nəfərin yox, minlərlə kimliyin arasında gedir. İnsanlar onları görməzdən gələrək qəbul
YalquzaqHermann Hesse · Parlaq İmzalar Nəşriyyatı · 20259,6bin okunma
Bu Yalquzaq ya ölməli, öz əli ilə kin-küdurətli varlığına son qoymalı, ya da qayıdıb özünə bir də nəzər salarkən onu bürüyən cəhənnəm alovunda əriyə-əriyə dəyişməli, maskasını çıxarıb atmalı, yeni bir "mən"ə doğru getməliydi.