Fidan Cavadzadə

Fidan Cavadzadə
@fidanhere
Bəlkə, bizim adına "mədəniyyət", "mənəviyyat", ürək, gözəllik, müqəddəslik dediklərimizin hamısı boş bir xəyal imiş, özləri də çoxdan ölüb gedib, yalnız bizim kimi bir neçə dəli onları həqiqət, əbədiyyət hesab edir?
Sayfa 51
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Buradan o yana kitab qalaqları, siqaret kötükləri, şərab şüşələri, səliqəsizlik, pintilik, baxımsızlıq başlayır, hər şey – kitablar da, əlyazmalar da, xəyallar da tənhalığın, insan olmaq probleminin, mənasını itirmiş insan həyatına yeni bir məna vermək həsrətinin dumanına bürünür.
Sayfa 37
7/10
·224 syf.·
2026 3. kitabı
Kitab tarix boyunca düşüncələri ilə yeni cığırlar açan filosoflar barədə qısa və həb şəklində bilgilər təqdim edir. Həmçinin, el dilində (və ya loru dildə) izah edərək xronoloji ardıcıllığı qoruyur və filosofları bir-birilə əlaqələndirərək oxucunu maraqda saxlamağı bacarır. Ətraflı məlumat almaq üçün uyğun bir mənbə olduğunu deyə bilmərəm, amma fəlsəfəyə giriş üçün uyğundur. Bəzi filosoflar barədə qeydlərimi götürmüşəm, onların fəlsəfəsi ilə daha yaxından tanış olmaq istəyərəm. Həmçinin kitab özü də filosoflarla tanışlıq məqsədi daşıyır.
Fəlsəfənin Qısa TarixiNigel Warburton · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 20208,3bin okunma
Ağrılar qalsa da, nəticə göz önündədir.
7/10
·288 syf.·
2026 1. kitabı
Müəyyən bir yaşa çatdıqdan sonra dünyagörüşümüz, həyata baxışımız və davranışlarımız oturmağa başlayır. Bəzi şeylər isə dünyaya göz açdığımızdan bəri görüb yaşadıqlarımızdan qaynaqlanaraq şüuraltımıza həkk olur. Şüuraltındakılar zamanla bizim davranışlarımıza, qərarlarımıza və münasibətlərimizə təsir edir. Bu, təkcə psixologiyanın deyil, həm də sosiologiyanın – toplumun, cəmiyyətin problemidir. Uşaq – bizim ən böyük problemimizdir. “Kiçik Şahzadə” əsərindən çox sevdiyim bir alıntı var: “Baxmayaraq ki, bütün yetişkinlər bir vaxtlar uşaq olub, bir çoxu bunu unudub.” Yaşımız valideynlərin yaşına yaxınlaşdıqca onları daha çox anladığımızı güman edir, onlara yaxınlaşdıqca uşaqlığımızdan bir o qədər uzaqlaşırıq. Fərqində olmadan, uşaqlığımızdan uzaqlaşdıqca, gələcək uşaqlarımızdan da uzaqlaşırıq. Kitabda ən çox diqqətimi çəkən bir neçə məqamı bu şəkildə qeyd etmişəm: 1) Hörmət və itaət arasındakı fərq; 2) Valideyni bağışlamaq məcburiyyəti; 3) Gözlə görünən itaət, görünmədən ötürülən kin. Bunların hamısı bir-birilə yaxından əlaqəlidir. Bu məqamda hörmət anlayışına toxunmaq istəyirəm. Hörmət – şəxsiyyətə sayğı ilə yanaşmaq, tənqidi şəxsin özünə deyil, onun fikrinə yönəltmək, etirazı məhz sözlə ifadə etmək, heç kimi lağa qoymamaq, hamının danışmaq hüququ olduğunu qəbul etmək və yeri gəldikdə güzəştə getməyi bacarmaqdır. Ən azından, vikipediya belə deyir. Yolda gördüyümüz birindən söz soruşarkən belə "borclu olduğumuz" hörməti "siz" ilə xitab edərək, nəzakətli davranaraq ifadə edə biliriksə, ən yaxınımızdan, canımızdan bir parça olan uşaqlardan niyə əsirgəyirik? Sizə hörmət etməyən, hər fürsətdə alçaldan, fikirlərinizi aşağılayan və dəyərsiz hiss etdirən bir şəxsə necə hörmət edə bilərsiniz? Maraqlıdır ki, eynisini tətbiq etdiyi halda, cəmiyyətin ən çox hörmətə layiq
İyi Aile YokturNihan Kaya · İthaki Yayınları · 20187,9bin okunma
İyi Aile Yoktur psixoloji kitabları həmişə gec bitirirəm, tələsmədən, sindirərək oxumağa çalışıram. ümumiyyətlə, kəmiyyət yox, keyfiyyət daha vacibdir prinsipi ilə yanaşıram, amma bəzi kitablar mental olaraq o qədər yorucu olur ki. bu kitabın da toxunduğu mövzular eyni effekti yaşadır: sənə aid olanlara emosional yanaşmamağa çalışırsan və öyrənmək istəyirsən, öyrəndiklərin isə qəşəəng qamçılayır. arada sorğulama gəlir ki, bunları yaşayan mən, öyrəndikcə ağrını hiss edən də mən. demək ki, zəncir belə-belə qırılır: bu ağrını ötürmək istəmədiyini anladığın anda.