Bizə artıq məlum olan fikir təzədən onun üstünə qayıdırdı: insana həyat yalnız bir dəfə verilir və buna görə də biz heç vaxt bilmirik, bizim qərarlarımızdan hansı doğrudur, hansı yalan? İndiki şəraitdə biz yalnız yeganə bir qərara gələ bilərik və bizə heç bir ikinci, üçüncü, dördüncü həyat verilməyib ki, müxtəlif qərarlar qəbul eləmək imkanımız
olsun.