Xoşbəxtliklə bağlı bütün ümidlərimi məhəbbətinizə bağlamışdım. Məni sevdiyinizi söylədiyiniz gündən bəri gələcəyimizlə bağlı xəyallar qurur və bu xəyalların bir gün gerçəkləşəcəyinə inanırdım. İndi heç nə barədə fikirləşmirəm, sadəcə, öz-özümə deyirəm ki, xoşbəxtlik məndən üz döndərib. Bəzən qumarbazlar əllərində olanlarla bərabər əllərində olmayanları da uduzurlar