Nədən qorxursan axı?
Ölümdür də
Bir gün hamı dadacaq.
Yaxamızdan yapışıb,
Anamızı ağladacaq.
Ölümdür də...
Gələndə bir anamızdan,
Bir də sevdiyimiz qadından çıxıb gedəcəyik.
Üçdə üç,
Yeddidə yeddi,
Qırxda da qırx nəfərin yadından çıxıb gedəcəyik.
Bu yer kürəsi bizə də qalmayacaq;
öləcəyik.
Cəmi bir dəfə anamız namaz üstündə olmayacaq;
öləcəyik.
İnsan unutqandır,
Bir gün hamı nəfəs almağı unudub ölür.
Bir az da həyasızdır,
Hərdən də yaşamağın üzünə qayıdıb ölür.
Yaxşı olardı,
Bir şirin yuxuyla başımızı qatıb durmamaq.
Dünən bir kardioloq da bu haqda danışırdı:
Dünyanın ən yaxşı ölümü imiş yatıb- durmamaq.
Şair, ölümdən qorxma, qorxma sən Allah.
Mən də qorxmuram, hərdən əlimi açıb deyirəm ki:
"Canını almağa məndən yaxşısını tapan deyilsən, Allah"