Jean Valjean

Puan vermedi·144 syf.··
2025 36. kitabı
"Danabaş kəndinin əhvalatları" Mirzə Cəlil yaradıcılığı üçün "başyapıt" deyilə biləcək əsərlərdəndir. Məncə, bu povest, bir də "Ölülər" olmasaydı, onun yaradıcılığı bu qədər zəngin, bu qədər fərqli görünməzdi gözümə. Mirzə Cəlilin əsərlərinin əsas xüsusiyyətlərindən biri rastlaşdığı, canlı olaraq şahidi olduğu hadisələri yazıda ifadə etməsidir. Adam görüb nələrisə və bunları əsərə çevirib. "Danabaş kəndinin əhvalatları" böyük bir toplumun vəziyyətinin əslində kiçikçaplı fraqmentidir. İstər ordakı obrazlardan Zeynəb olsun, istər Xudayar bəy olsun, istər Məhəmmədhəsən əmi olsun istərsə də, digərləri olsun, hamısının həyatı, yaşamı, düşüncəsi gerçək bir toplumun bədii əsərdə ümumiləşmiş şəkildə təsvir olunmasıdır əslində. Əsəri oxumağa başlayanda Mirzə Cəlil üslubunu o dəqiqə hiss edirsən. Kimin yazdığını bilməsən belə oxumağa başlayanda ilk ağlına gələn müəllif Mirzə Cəlil olur. Öxünəməxsusluğu diqqət çəkir. O, bu əsərdə xalq danışıq sözlərindən, gündəlik işlədilən ifadələrdən bolluca istifadə edib. Başqa necə olmalı idi ki? Xalqın dilində danışan, başqa cür anlaşılmadğını görən yazıçı elə bu cür yazmalı idi də əsərini. Əsərin əsas süjet xətti mənfi, qəddar, pis obraz olan Xudayar bəyin ölmüş dostunun həyat yoldaşı olan Zeynəbi məcbur özünə almağa çalışması, digər yandan isə Məhəmmədhəsən əminin başına gələnlər üzərində qurulub. Məhəmmədhəsən əminin faciəsi əsərin əsas süjet xəttini əhatə edir. O daxilən çox saf, yaxşı, imanlı bir insandır və tipik Azərbaycan kəndlisinin simasıdır. İllərdir Kərbəla arzusu ilə yaşayan, nəhayət, ömründə bir dəfə bunun üçün əlinə şans düşmüş Məhəmmədhəsən əmiyə bu şans da çox görülür. Güc-bəla ilə aldığı eşşəyə görə onun başı nə bəlalar çəkmir ki. "Qəm pəncərəsi"ni izləyəndə də çox pis olmuşdum onun faciəsinə, əsəri oxuyanda bir daha
Edebiyat
Danabaş Kəndinin ƏhvalatlarıCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 2019907 okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Puan vermedi·134 syf.··
2025 35. kitabı
·
9 günde okudu
·
Okunma: 13 Nisan 2025 18:34
Jon Gordon, "Şikayətlənməmək qaydası" kitabını oxudum. Hardasa 130 səhifəlik kitab idi və təxminən bir neçə saata oxudum bitirdim. Kitaba başlamazdan öncə keçən dəfə oxuduğum "21 günə həyatını dəyiş" kitabı ilə bunu özlüyümdə müqayisə etmişdim və nəsə düşünmüşdüm ki, bu kitabı daha çox bəyənəcəm. Həqiqətən də elə oldu. Nədənsə bu mənə daha çox xitab etdi. "Şikayətlənməmək qaydası" şəxsi inkişaf kitabı olsa da, dilində bədiilik var. Belə ki, bu kitab çoxdan öyrəşdiyimiz, sadəcə məsləhət verən kitablardan deyil. Burda müəllif bir obrazın başına gələnlərin fonunda, daha doğrusu, onun həyatının fonunda danışır nələrisə. Yazar kitabdakı obrazın dili ilə, onun həyatı, gündəlik yaşamı vasitəsilə şikayətlənməməyin qaydasını öyrədir. İnsan şikayətlərini necə mənfidən müsbət nəticəyə çevirə bilər, bu şikayətləri yavaş-yavaş necə aradan qaldırmaq olar, şikayətlərin doğurduğu neqativliklər insanı bataqlığa doğru çəkdiyi üçün bunlardan necə qurtulmaq olar, bunlar haqqında oxucuya yol göstərir. Və bu nəticəyə gəlir ki, həmin bu neqativliklər bizim üçün heç də çıxılmazlıq deyil, biz istədiyimiz zaman onlardan qurtula və yolumuza daha optimist baxış tərzi ilə davam edə bilərik. Kitab haqqında bir şey deyim. Bu vaxta qədər şəxsi inkişaf kitablarında çox boş danışıqlar, mənasız səfsətə görmüşəm, amma bu kitabda bunu bir o qədər hiss etmədim, hətta heç hiss etmədim, bəlkə də. Mənə bir qədər fərqli təsir bağışladı deyə bilərəm. Və işdir məndən şəxsi inkişaf, motivasiya kitabı, hər nəsə, bunlardan tövsiyə olaraq kitab istəyən olsa bu kitabı çox güman ki, deyərəm.
Psikoloji
Şikayətlənməmək QaydasıJon Gordon · Teas Press · 011 okunma
Puan vermedi
Artıq neçə ildir şəxsi inkişaf tərzində kitab oxumuram. Bu kitabı oxuduqca gözümün qarşısından uzun müddət öncə oxuduğum bu tərz kitablar bir-bir keçdi. Kitabın müəllifi Louise Hay çoxdanın yazarıdır. Şəxsi inkişaf sahəsində çoxsaylı kitabların müəllifidir, müxtəlif universitetlərdə, təhsil müəssisələrində şəxsi inkişaf, motivasiya mövzusunda mühazirələr oxuyub, dərslər keçib. Kitabları çoxdur, az deyil və bu kitablardan biri də "21 günə həyatını dəyiş" kitabıdır. Türkcə kitabın adı tamam başqa cürdür, bizim dilə isə bu cür tərcümə olunub və məncə bu ad orjinala daha uyğundur. Bu kitabda müəllif özünün məşhur "güzgü işi" metodunu tətbiq edib. Hansı ki o bu meodunu motivatorluq etdiyi şəxslərə məsləhət görüb və elə kitab özü də tam olaraq bu metodu əhatə edir. Kitabda yazar 21 gün ərzində həyatını, özünü, düşüncəni dəyişmənin yollarını öyrədir, bu mövzuda istiqamətlər verir. Müəllifin əsas tezisi sevgidir. Özünü və eyni zamanda başqalarını sevmək. Bütün kitab bu tezisin ətrafında dönür dolaşır. Hansı mövzudan danışır danışsın, şəxsi inkişaf motivatoru mütləq bir yolla mövzunu sevgiyə aparıb çıxarır. 21 gün ərzində müxtəlif tapşırıqlar yerinə yetirilməli və bu tapşırıqları yerinə yetirərkən mütləq gələcəyə ümid, ətrafa və özünə sevgini əhatə edən pozitiv sözlər, cümlələr söylənilməlidir. Müəllif deyir ki, öz-özümüzə dediyimiz, daim təkrarladığımız, vaxtaşırı düşündüyümüz nələrinsə mütləq və mütləq həyatımıza təsiri var. Bu düşüncə, bu ideya kitabın sonuna qədər, 21-ci gün tamam olana qədər davam edir. Yəni bütöv kitabı əhatə edir. Çox az müddətdə oxuyub bitirdim. Çünki çox asan oxunaqlı, çətinlik çəkmədən oxuya biləcəyim bir kitab idi. Bu kitabı oxumalısızmı, yaxud oxuya bilərsizmi? Əgər şəxsi inkişaf mövzusunda oxumağı sevən birisizsə hə, niyə də olmasın?
Psikoloji
21 Günə Həyatını DəyişLouise L. Hay · Teas Press · 2022527 okunma
9/10
·161 syf.··
Beğendi
·
2025 26. kitabı
Təxminən 6-cı, ya 7-ci sinifdə oxuyurdum, daha dəqiqi 2013-cü il idi. Qonşumuz olan bir qız məktəbin kitabxanasından Əkrəm Əylislinin kitabını götürmüşdü oxumaq üçün. Ətrafdakı insanlar deyirdilər, a bala, neynirsən o "ermənipərəst"in kitabını? Bax, elə ilk dəfə onda eşitdim "Daş yuxular"ın adını. (İndi başa düşürəm ki, o vaxtlar, sırf o il o kitabın üzə çıxdığı, geniş yayıldığı, səs saldığı vaxtlar idi) Həmişə ağlımda qaldı bu yazıçının adı. Amma nədənsə "Daş yuxular"ı heç oxumadım o zamanlar, elə ondan sonralar da. Haqqında olan bütün yazıları, Əkrəm Əylislinin müsahibələrini oxudum, izlədim, amma kitabı oxumadım. Bəlkə də, hazır deyildim oxumağa. Amma dünən bilmirəm hardan ağlıma gəldi, dedim oxumalıyam bu əsəri. Və o "başıbəlalı" kitabı oxudum. Dedim görüm bu yazıq kişini niyə bu qədər sıxışdırıblar bu kitaba görə? Axı bu nə yazıb? Əsər Saday Sadıqlı adlı məşhur aktyorun şəhərin mərkəzində döyülməsinin ardınca xəstəxanaya çatdırılması səhnəsi ilə başlayır. Döyülməsinə səbəb eynilə özü kimi şəhərin mərkəzində döyülən bir ermənini həmin adamların əlindən almağa çalışması olub. Saday Sadıqlının həyatını xilas etməyə çalışan həkim çox səy göstərir. Bu zaman Saday Sadıqlı komaya düşür. Və əsərin adı da bir növ Saday Sadıqlının koma vəziyyətində ikən gördüyü yuxularla da bağlıdır. Bu yuxularla aktyor keçmişə qayıdır, öz uşaqlığını xatırlayır, xəyallarına, bəlkə də bəzən hər kəsdən gizlətdiyi düşüncələrinə bir-bir nəzər salır. Məsələ burasındadır ki, Saday Sadıqlı ermənilərlə azərbaycanlıların iç-içə yaşadığı Əylis kəndinin sakini olub. Əsərin hiddət doğurması da elə təxminən buralardan başlayır. Sanki yazıçı Saday Sadıqlının simasında erməniləri həddən artıq tərifləyirmiş, azərbaycanlıları isə bir növ pisləyirmiş kimi görünür. Amma bu sadəcə zahirdə belədir. Razıyam,
Edebiyat & Roman
Daş YuxularƏkrəm Əylisli · Aegitas · 202322 okunma
Puan vermedi·128 syf.··
2025 1. kitabı
·
30 günde okudu
·
Okunma: 08 Ocak 2025 13:16
Təxminən, 5 ya 6 il öncə qarşıma çıxmışdı "Etiraf" əsəri. O kitab haqqında oxuyarkən ağlımdan ilk keçən fikir bu olmuşdu ki, bir insan necə ola bilər ki özünün bütün mənfiliklərini, çatışmayan cəhətlərini, ümumilikdə özünün necə biri olduğunu bu qədər açıq-açığına etiraf edə bilər. Yadımdadır, o vaxt 5, 6 kitab oxuyurdum paralel olaraq və "Etiraf"a da başladım. Amma nədənsə davam edə bilmədim. Neçə ildir o kitabı oxumağa cəhd etmirdim. Bir neçə gün öncə oxudum. Və Tolstoy dühasını bir daha aydın anladım. Bu adamın yazıçılığına "Dirilmə" əsərində heyran olmuşdum. "Etiraf"da isə bu heyranlığım daha da artdı. "Etiraf" Tolstoyun hərtərəfli etiraflarının cəmləşdiyi bir əsərdir. Kitabın başlanğıcında yazıçı həyatının əvvəlki dönəmləri haqqında məlumat verir. İnancının necə darmadağın olması, tamamilə yox olması haqqında danışır. Amma illər sonra, heç özü də anlamır bu necə baş verir, o başa düşür ki, nələrsə doğru deyil, nələrsə yolunda getmir. Daxili iztirabları, narahatlıqları başlayır. O bu get-gedə güclənməkdə olan iztirablarının səbəbini axtarır və anlayır ki, artıq inancsızlığı ona əzab verməyə başlayıb. İnancsızlıq və bundan əlavə sorğu-sualları onun daxili böhranını gücləndirir. Və o çıxış yolu axtarmağa başlayır. Bu çıxış yolu üçün hər şeyə baş vurur. Kitablar oxuyur, müxtəlif insanlarla söhbət edir, onların fikrini öyrənir. Amma bunların heç biri onu mənəvi olaraq sakitləşdirmir. Çünki sualları hələ də cavabsız qalırdı. Həyatının müxtəlif dönəmlərində o gah inanclı biri olur, gah inancsızlaşır, gah da ümumiyyətlə neytral olaraq qalır. Lakin daxili narahatlıqları həmişə olur. Əvvəllər ona şübhəsiz doğru kimi görünən şeylərin əslində yalan olduğunu, insanların da bütövlükdə bu yalanlara inandığını, bunu öz doğruları olaraq qəbul etdiyini gördükcə daha da
Edebiyat
EtirafLev Tolstoy · Parlaq İmzalar · 202429,3bin okunma