Peterburq məzarlıqlarının birində bütün insanlıq adına acı çəkmiş bir adam yatır.
Bu gün gümrahıqsa bir az da ona borcluyuq əslində. Bizə çəkiləcək çox az izdirab saxladı. Dünya ədəbiyyat tarixinin gəlmiş keçmiş ən böyük yazıçısı Dostoyevski... Bu gün onun ölümündən 144 il keçir.
Bir yazısında qeyd edir ki: "Yazdıqlarım, insanlara ötürdüyüm şeylər əslində ötürmək istədiklərimin çox az bir hissəsidir. Hər şeyi başa düşürəm amma deyə bilmirəm... "
Freyd bir yazısında onun haqda belə deyir : "Dostoyevski istəsəydi bütün insanlığı qurtara bilərdi.. ."
Bir çox insan həyatı sorğulamağa Dostoyevskidən sonra başladığını etiraf edib. (Mən etiraf edim ki həyatı sorğulamaqdan qaçmaq üçün onun çox az əsərini oxumuşam. Yaxın vaxtlarda da oxumağı düşünmürəm)))