Ümid Hüseynov

Ümid Hüseynov
@umudhuseynov
Never give up!!
Avukat (Lawyer)
Hukuk
Baku
Qazax, 2 Aralık 2001
16 okur puanı
Aralık 2023 tarihinde katıldı
2 il əvvəl onu ilk dəfə görəndə həmişəki kimi özümü itirmişdim. O gün bu dünyadakı ən haqsız, ən ədalətsiz mübarizənin kişinin gücü ilə qadının gözəlliyi arasında olan mübarizə olduğunu anlamışdım... Sonradan düşünəndə gəlib gözümün önündə dayanır, kişi dünyasında verdiyim savaşlar, bəzən ağılla, bəzən güclə, bəzən isə iradə ilə qalib gəldiyim mübarizələr. Amma onun gözəlliyi ilə olan mübarizəm bunların heç birinə bənzəmədiyi kimi, nəticəsi də bənzəmədi. Mən bu günədək uda-uda gəlmişdim halbuki. Bənzətmələri bir kənara qoyub öz ruhuma baxsam da dəyişən heç nə olmur. Nə oxuduğum kitablar çatdı köməyimə, nə qan tər içində çıxdığım idmanlar, nə ağlım, nə də iradəm. Heç biri bəs eləmədi. Qurduğum bütün o möhkəm xarakter də bir baxışın qarşısında aciz qaldı. Düzü istəyirdim bu məğlubiyyət biraz pisimə gəlsin. Axı mən də özümü yetişdirənə qədər kifayət qədər yorulmuşdum, əziyyət çəkmişdim. O da insandı nəticədə... necə olur ki, insan bir cüt gözə, qaşa, bir gülüşə, bir baxışa yox olub gedir? Amma qəribəsi odur ki, pisimə də gəlmədi. Gəlmir hələ də)) Ona ilk dəfə görəndə biraz da özümə yazığım gəldi. Çünki içimdə bildim ki, bir gün onu unutmalı olsam, buna bir ömür də çatmayacaq. Təxminən hesablamışdım hətta)) Hardasa 95 il lazım idi ki, mən o üzü yaddaşımdan silim. Yəni ömür çatmazdı onu unutmağa...
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Səməd Vurğun və Dürrə xanım...
Deyirlər ki, hər bir böyük şəxsiyyətin həyatında onu nəaliyyətə aparan bir hadisə və ya sarsıntı olur. Səməd Vurğun üçün bu hadisə – Dürrə idi. Səməd Vurğun gəncliyində Dürrə adlı bir qızı sevib. Onlar Qazax Seminariyasında oxuyur, üstəlik eyni evdə də qalırdılar. Belə ki, Dürrənin atası Əsəd xozeyinin Qazaxda ikimərtəbəli mülkü var idi. Əsəd xozey anasını itirəndən sonra Səməd və qardaşı Mehdixanı öz evinin aşağı mərtəbəsində yerləşdirib, sığınacaq verib. Çünki Əsəd xozeyinin əmisi qızı Nabat xanım Səməd Vurğunun babasının birinci arvadı olmuşdu. Beləliklə, Səməd Dürrə ilə bir yerdə böyüyüb, təhsil almışdı. Nabat xanım cavan vəfat etdikdən sonra Mehdixan Vəkilov Aişə xanımla evlənmişdi və 1918-ci ildə Salahlıdan Qazaxa köçən Aişə xanımla nəvələrinə - Səməd və Mehdixana Əsəd xozeyin evində yer vermişdi. Səməd Dürrəni dəlicəsinə sevməyə başlamışdı. Dürrə də bu sevgiyə biganə deyildi. O, bizim qızlara məxsus olan utacaqlıq və həya pərdəsi altından Səmədin üzünə gülür, nazlanırdı. Səmədi hamı danlayırdı. Baş tutmaz sevdadan əl çəkməyi, "öz tayını" tapmağı məsləhət görürdülər. Lakin inadkar və cürətli olan bu şair öz məhəbbətindən dönmək fikrində deyildi. Səməd qızın etinasızlığından (bəlkə də valideynlərinin və yaxınlarının təsiri altında) və töhmətlərdən, sanki, mənəvi həzz alırmış kimi uğursuz sevgi yollarında mübarizəni davam etdirirdi. Dürrənin valideynləri qızlarını varlıların və ya vəzifə sahiblərinin birinə vermək həvəsinə düşmüşdülər. Dürrəni o illərdə Qazax Firqə Komitəsinin katibi Heydər Zeynalov da sevirdi və Dürrə də vəzifəsi, maşını, var-dövləti olan Heydəri seçir. Aradan illər keçir… Məşhurluğun zirvəsində olduğu illərdə təşkil olunan poeziya gecələrinin birinə həm Dürrə xanım və həyat yoldaşı, həm də Səməd Vurğun dəvət edilir. Dürrə və Heydər məclisə
Nəinki Səməd Vurğun poeziyasının, hətta Azərbaycan ədəbiyyatının öz mövzusunda yazılmış ən yaxşı şeiri - "Sevdi can səni". Şeirin hər misrası ayrıca bir şeirdi sanki... "Sevdi can səni" İllər, qərinələr keçirsə aləm, Yadımda saxlaram hər zaman səni. Dərdimi bilməyən varmı bir adəm? Bu bir həqiqət ki sevdi can səni. Dün öylə gedirdin ahəstə, rəvan, Bulandı su kimi gözlərimdə qan. Bir mənim başıma gəlmədi hicran, Kim basdı bağrına canhacan səni?.. O axşam röyada gəzişə çıxdım, Aramızı vuran bir evi yıxdım... Titrəyə-titrəyə əlini sıxdım, Baxdım, zəhərləmiş o ilan səni... Baxırdın, sevdiyim, sən məlul-məlul, Çırpınar, gülərkən sevdalı iyul. Bağırdım gülərək... ey ləkəli dul!! Məndən başqa sevməz bir insan səni!!

Ümid Hüseynov

, şu anda okuyor
%9 (66/724 syf.)
Oğuz Atay
8.6/10 · 75bin okunma