Nəinki Səməd Vurğun poeziyasının, hətta Azərbaycan ədəbiyyatının öz mövzusunda yazılmış ən yaxşı şeiri - "Sevdi can səni". Şeirin hər misrası ayrıca bir şeirdi sanki...
"Sevdi can səni"
İllər, qərinələr keçirsə aləm,
Yadımda saxlaram hər zaman səni.
Dərdimi bilməyən varmı bir adəm?
Bu bir həqiqət ki sevdi can səni.
Dün öylə gedirdin ahəstə, rəvan,
Bulandı su kimi gözlərimdə qan.
Bir mənim başıma gəlmədi hicran,
Kim basdı bağrına canhacan səni?..
O axşam röyada gəzişə çıxdım,
Aramızı vuran bir evi yıxdım...
Titrəyə-titrəyə əlini sıxdım,
Baxdım, zəhərləmiş o ilan səni...
Baxırdın, sevdiyim, sən məlul-məlul,
Çırpınar, gülərkən sevdalı iyul.
Bağırdım gülərək... ey ləkəli dul!!
Məndən başqa sevməz bir insan səni!!