8/10
·80 syf.··
Beğendi
·
2026 92. kitabı
·
3 saatte okudu
·
Okunma: 04 Haziran 2026 15:36
Lou Andreas-Salome adını və onun Nitsşe, Rilke, Freyd kimi dahilərin həyatında necə dərin izlər qoyduğunu bu kitabı araşdırarkən öyrəndim. Müəllifin öz fəlsəfi təfəkkürünü və qadın azadlığına baxışını anlamaq üçün "Feniçka" əla bir başlanğıcdır. Cəmi 80 səhifəlik qısa bir povest olmasına baxmayaraq, arxasında böyük bir dövrün sosioloji və psixoloji yükünü daşıyır. Kitabla bağlı ilk təəssüratım bir az enişli-yoxuşlu oldu. Açığı, ilk 15-20 səhifədə cümlələrin uzunluğu, fəlsəfi ağırlığı və o dövrün üslubuna uyğun edilən ağır tərcümə dili məni bir az yordu. Hətta bir anlıq mətni anlamaqda çətinlik çəkdiyimi hiss etdim. Lakin kitabı yarımçıq qoymayıb ortalarına doğru irəlilədikcə, yazıçının dilinə alışdım və əsər öz axıcılığını tapdı. Gələk baş qəhrəmanımız Feniçkaya... Kitabı bitirəndə anladım ki, Feniçka cəmiyyətin idealizə etdiyi, qüsursuz və tamamilə "güclü" bir qəhrəman değil. O, sadəcə öz dövrünün qadın qəliblərindən (mütləq evlilik, ailə, cəmiyyətin gözləntiləri) kənara çıxa bilmiş, fərqli bir qadındır. Digərləri kimi olmaması onu zahirən güclü göstərsə də, daxilində hamımız kimi qorxuları, tərəddüdləri və ziddiyyətləri var. Müəllifin bu xarakteri mükəmməl deyil, məhz qorxuları ilə bərabər mübarizə aparan real bir insan kimi təsvir etməsi əsəri daha səmimi edir. Əslində Salomenin bu əsərdə öz həyatından, xüsusilə Nitsşenin evlilik təklifini rədd edib azadlığı seçdiyi o gənclik illərindən ilhamlandığını öyrəndiyim üçün, kitabın sonundakı qərarlar və daxili çəkişmələr oxucuya daha çox təsir edir. Müəllifin real həyatı ilə əsər arasındakı bu paralellik kitabı mənim üçün daha da maraqlı etdi. Yekun olaraq: İlk başda dili ilə sizi bir az sınağa çəksə də, fərqli olmaqla güclü olmaq arasındakı o incə cizgini görmək, bir qadının fərdi azadlıq axtarışına şahidlik
FeniçkaLou Andreas-Salomé · Kızıl Panda · 20239,5bin okunma
Sonsuz sevgilərlə,sənin Sigmundun...
Puan vermedi·183 syf.··
2026 3. kitabı
Bəzən bir psixoloqun quru nəzəriyyələrdən ibarət olduğunu düşünürük. Amma “Sevgi məktubları”nı oxuyanda gördüm ki, Freyd təkcə insan şüurunu yox, öz ürəyini də analiz edə bilən biri imiş.Bu kitab mənə sübut etdi ki, ən sərt görünən zəka belə sevəndə kövrəlir. Məktublarda təkcə romantika yoxdur, orda həsrət var, ehtiras var, qısqanclıq var, hətta zəiflik var. Freydin cümlələrində bir tərəfdən məntiqin səsi gəlir, digər tərəfdən isə sevməkdən qorxmayan bir kişinin ürəyi danışır. Oxuyarkən ən çox təsirləndiyim məqam onun sevgini bir ehtiyac kimi deyil, daxili bir yanğı kimi yaşaması idi. Sanki hər məktubda qarşı tərəfə yox, həm də öz daxilinə müraciət edir.Bu kitabı oxuyandan sonra düşündüm: sevgi nə qədər analiz olunsa da, yenə də sirr olaraq qalır. Bəlkə də Freyd bunu hamıdan yaxşı bilirdi. Kitabdan ən təsirləndiyim bir cümlə: “Sənsiz keçən hər gün, ruhumun bir parçası sanki yerində deyilmiş kimi natamamdır.” Əgər kiməsə qarşı hissləriniz varsa və onları izah edə bilmirsinizsə, bu kitab sizə göstərəcək ki, hətta psixoanalizin atası belə sevəndə sadəcə bir insandır.Oxumağa dəyər. Çünki burada nəzəriyyə yox, ürək danışır.
1000Kitap
Sevgi MəktublarıSigmund Freud · Qanun Nəşriyyatı · 2014106 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Puan vermedi·364 syf.··
2025 20. kitabı
Hekayədə pedofil Humbertin və qurbanı Lolitanın həyatlarını oxuyuruq. Diqqətimi çəkən əsas hissə isə Nabokovun məsələlərə Freyd kimi yanaşmasıydı. Travma, süur altı, psixoanalizin dərin qatlarına incə şəkildə toxuna bilib. Əsər sürətli getməsə də axıcı və düşündürücüdür. Obrazlar özünü inandıra bilir. Xüsusən Humbertin psixoloji durumu çox dolğun göstərilib. Lolitada bəzi axsaqlılar olsa da əsərin dəyərinə təsir etmədiyini düşünürəm.
LolitaVladimir Nabokov · İletişim Yayınevi · 20193,521 okunma
Cogito, Ergo Sum
10/10
·200 syf.··
Beğendi
·
2025 30. kitabı
Əgər düşünməyi və analiz etməyi sevirsinizsə, bunun düzgün metodikasını anlamaq istəyirsinizsə, bu kitabı mütləq oxuyun. Əslində bilirəm dediyiniz onlarla duyğunu əslində bilmədiyinizi, gündəlik həyatımızın bir hissəsi olan hadisə və proseslərə əslində başqa prizmadan da baxa biləcəyinizi və düşünməyə kifayət qədər vaxt ayırmadığınızı anlayacaqsınız. İnsanın özü ilə tək qalıb bəzi şeyləri sorğu-sual etməsinin şirin dadını bilənlər bu kitabı çox sevəcək. Ancaq qısa bir not. Kitab biraz dərindi. Üzməyi bilməyənlər boğula bilər. Və bir də, kitabı oxuduqdan sonra bir müddət kitabın təsirindən çıxa bilməyəcək, ətrafınızdakı hər şeyi iki dəfə sorğulayacaq, iki dəfə düşünəcək, hər cür ziddiyyəti analiz edəcəksiniz. Orxan bəyin youtube-də maraqlı video və müzakirələri var. Kitabı oxuduqdan sonra onlara da nəzər yetirmənizi məsləhət görürəm. Özümə aldığım bəzi notları da bura düşürəm. Lazım olarsa buyurun: 1. Qızıl ortada olmaq ən gözəlidir. Həm inkişafa yerin var, həm de düşəndə 0-dan aşağı düşmürsən 2. "Həyatda hərşey zəhərdir. Önəmli olan dozadır" 3. Freyd və dovşan hekayəsi 4. introspeksiya deyə bir ifadə var imis və hər kəsə nəsib olmurmus. 1-0 öndəyəm 5. Tapşırıq 5-i edə biləcəyin günə qədər özünü inkişaf etdir. 6. "İnsanın məna axtarışının səbəblərindən biri özünü həyata bağlayacaq anlayışları axtarmasıdır" - sən elə olma. Özünün ən yaxşı versiyası ol! 7. Sən sistemin ən kiçik hissəsisən. Amma sistemi düzəltmək istəyirsənsə ordan başla Zidd Orxan Şahbaz
ZiddOrxan Şahbaz · Mono · 202535 okunma
Puan vermedi·448 syf.··
2025 3. kitabı
"Bir kitab ki, bizi digər kitabların təsirindən çıxara bilmirsə, onun nəyi yaxşıdır?" Yazıçı iddialı bir fikir irəli sürür və bu fikrini olduqca əsaslı şəkildə sübuta yetirir- qələminin məharəti ilə Bir tərəfdə real faktlar, hər biri tarixə iz qoymuş güclü şəxsiyyətlər( Firidrix Nitsşe, Jozef Breyer, Ziqmund Freyd), onların kəsişən yolları, (və əslində heç qarşılaşmamış olmaları), digər tərəfdə yazıçının qeyri-real toxunuşları, faktlara əsaslanan ancaq həm də real olmayan hadisələr, möhtəşəm dialoqlar, psixoloji şərhlər, hipnoz, psixoanalitikin ilk nümunələri... Mütləq oxunacaqlar siyahısına əlavə edilməli, xüsusilə psixologiya və fəlsəfyə maraq varsa. Əgər elədirsə birdə görəcən ki, mənim kimi psixoloji epizodları unutduqca yenidən xatırlayım deyə bilməm neçənci dəfədi oxuyursan (Bu dəfə öz dilimizə tərcüməsini yoxlamaq isdədim, deməzdim pisdi ama türk dilinin özünəməxsus tərcümə qabiliyəti danılmazdır, bəs siz hansı dilə tərcüməsini bəyənmisiz?)
Edebiyat
Nitsşe AğlayandaIrvin D. Yalom · Qanun Nəşriyyatı · 202369,9bin okunma
10/10
·504 syf.··
Beğendi
·
2025 1. kitabı
·
25 saatte okudu
·
Okunma: 26 Ocak 2025 02:25
Fəlsəfəylə maraqlananlar üçün başlanğıcda mükəmməl bir kitabdır.Keçmişdən bugünümüzə qədər fəlsəfə tarixini müəyyən başlıqlara bölərək sadə dillə başa salıblar.Sokrat,Platon,Aristotel,Darvin,Freyd və s kitabda geniş məlumat verilib. Hətta bu kitabdan sonra Platonu nə qədər bəyəndimsə,Aristoteldən də o qədər zəhləm getdi)
Sofinin DünyasıJostein Gaarder · Qanun Neşriyat · 201843,6bin okunma