Atıcılıq məşqçisi deyir ki, heç bir atış bir daha təkrar edilə bilməz, yaxşı, ya da pis atışlardan nəsə öyrənməyə can atmaq mənasızdır. Vacib olan bunu yüz dəfələrlə, ta ki, hədəfi vurmaq fikrindən can qurtarana kimi, özümüz ox, yay və hədəf olana qədər təkrarlamaqdır.
Həyatımızda daim inkişaf eləməyə mane olmaq vəzifəsini yerinə yetirən bir hadisə var: zədə, acı bir məğlubiyyət, sevgidə ümidsizlik, hətta yaxşı dərk edə bilmədiyimiz qələbə bizi qorxuda, bir addım da irəli getməyimizə maneçilik törədə bilər.