Gündə qırx min insanın ölümünə heç nə edə bilməyəcəyinizi deyirsiniz və buna baxmayaraq yeni həyata başlaması üçün dünyaya hər gün əlli min insan gətirirsiniz. Və bunu sevgi adlandırırsınız. Bunun Tanrının planı olduğunu deyirsiniz. Bu plan nəinki adi məntiqdən, hətta mərhəmətdən belə çox uzaqdır.
Yaranış prosesi fikirdən başlayır: ideya, konsepsiya, görüntü. Gördüyün hər şey nə vaxtsa kiminsə ideyası olub. Dünyada əvvəli saf düşüncədən ibarət olmayan heç nə mövcud ola bilməz.
Bəzi insanlar mənim sənə azad iradə verdiyimi deyir. Elə həmin insanlar həm də deyir ki, mənə itaət etməsən, səni cəhənnəmə göndərəcəyəm. Onda bu necə azad iradə oldu? Bəs bu Tanrıya istehza ilə yanaşmaya gətirib çıxarmır? Onda bizim aramızda necə həqiqi münasibət ola bilər?