- Bəs əgər bizim kainat kəsilmiş və məhvə məhkum olan əldirsə? O, ulduz-ulduz, foton-foton sönürsə, böyük partlayış isə elə zəncirli mişarın nəhəng insanın qoluna dəyən həmin kəskin zərbəsidirsə?
Əslində kiminsə həyatı xoşbəxt sonluqla bitirmi?
Enində-sonunda həyat hind filmi deyil. Zindəgi miqzara, əfqanlar demişkən, həyat davam edir, əvvəlindən, sonundan xəbərsiz, xoşbəxt, ya nakam, böhranı, kulminasiyası ilə birgə tozlu köçəri karvanı kimi yavaş-yavaş yoluna davam edir.