– Fotoaparatın varmı? – Talia soruşdu.
– Yox.
– Heç şəkil çəkmisən?
– Yox.
– Özün də fotoqraf olmaq istəyirsən?
– Sənə qəribə gəlir, hə?
– Bir az.
– Polis olmaq istədiyimi desəm də sənə qəribə gələcəkdi? Heç kəsi
qandallamamışam axı.
Bəlkə də Qulamın onun barəsində özündə
yaranmış təəssüratı dəyişmək istəyirdi. Sanki malikanədə yaşayıramsa, bu, o demək
deyil ki, qayğısızam, demək istəyirdi. Ya da bəlkə özünü məktəb həyətində,
yoldaşlarından daha yaxşı olduğunu sübut etmək istəyən uşaq kimi hiss edirdi. Bəlkə
də sadəcə anlayışa ehtiyacı vardı. Bunu aralarındakı uçurumu qısaltmaq üçünmü
edirdi? Özü də bilmirdi. Bəlkə də bunların hamısından bir az var idi.
Müsyö Bustule, bir dəfə hardansa
oxumuşdum ki, insan qar uçqunu altında qalanda hansı tərəfin yuxarı, hansının
aşağı olduğunu bilmir. Xilas olmağa çalışdıqca altını qazıyıb bir az da özünü məhv
edir. Mənim də hiss etdiyim məhz bu idi. Sanki öz kompasımı itirmişdim. Yolumu
tapa bilmirdim.
Məncə, həqiqət
budur ki, bu həyatda hər birimiz gözləmə vəziyyətindəyik, bütün qəribəliklərə, heç
vaxt dəyişməyəcək həqiqətlərə rəğmən hamımız həyatımızda qeyri-adi bir şeyin
baş verəcəyini gözləməkdəyik.