Pəri arabadakı yerindən əlini Abdullanın əlinə tərəf uzatdı. Başını qaldırıb
ona baxdı, gözləri dolmuşdu. Gülümsündü, aralı dişləri göründü. İnanırdı ki,
Abdulla yanındadırsa, pis heç nə baş verməyəcək. Hər gecə balaca çarpayıda
başları bir-birinə yapışmış, ayaqları bir-birinə dolaşmış halda yatdıqları kimi,
bacısı onun barmaqlarını ovcunda sıxdı.