Nana bir dəfə demişdi ki, hər bir qar dənəciyi dünyada dərd çəkən bir qadının ahıdır. Bu ahlar göyə qalxıb buluda çevrilir, sonra da beləcə xırda zərrələrə bölünüb yer üzünə qayıdır.
-doğrudanmı, ilk qarın yağması belə sevinc gətirir? Bəs sonra? Yeni fəslin bu təravəti, bu təmizlik, bu paklıq ona görə yağır ki, sonradan ayaqlansın, palçığa, çirkaba bulaşsın, öz ilk füsunkarlığını itirsin?