kitap okuyor

-Tutaq ki, bir mahnıya qulaq asanda səni ağlamaq tutur. Ağlamaq istəmirsənsə, sadəcə, daha o mahnıya qulaq asmırsan, vəssalam. Amma özündən qaça bilməzsən. Özünü bir daha görməmək qərarına gələ bilməzsən. Sənin beynin bir aparat deyil ki, söndürəsən, öz səsini eşitməyəsən.
Sayfa 162·Kitabı okudu
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Mənim məhəbbətim bir dəniz olsa, Qalmaz Yer üzündə bir quru payı. Eşqim səhra olsa, görməzsən, inan, Dünyada bir nəsnə, qumdan savayı.
Sayfa 160·Kitabı okudu
-Bax buna görə də poeziyanı sevirəm. Nə qədər mücərrəd olsa, o qədər yaxşıdır. Oxuyursan, dinləyirsən, amma bunların şairin gerçək fikirləri, hissləri olub-olmadığını dəqiq bilmirsən. Haradasa təxmin eləyə bilərsən, amma 100 faiz dəqiq bilmək mümkün deyil. Hər sözün filan qədər mənası var. Oxuyanın min cür variantı yaranır. Görən, hansını nəzərdə tutub? Görən, bu, mübaliğə deyil ki? Bəlkə, bu sözün sətiraltı mənası var?
Sayfa 159·Kitabı okudu
...Başqa bir şey edə bilərdilərmi? Dəhlizlərdə Hannanın yanından keçənlər, yaxud da dərsdə onunla yanaşı partalarda oturanlar nəsə edə bilərdilər? Bəlkə, onda da artıq gec idi? İndiki kimi.
Sayfa 150·Kitabı okudu
Bax məsələ də bundadır. Heç kim öz hərəkətinin başqalarının həyatına necə təsir elədiyini dəqiq bilmir. Çox vaxt hərəkətlərimizin nələrə aparıb çıxaracağı heç ağlımıza da gəlmir. Amma yenə də düşünülməmiş hərəkətlərə yol veririk.
Sayfa 142·Kitabı okudu