Günay Arazova

Günay Arazova
@gnyaarzva
“Bilmirəm dostumsan, yoxsa sevgilim”
9/10
·274 syf.··
2026 9. kitabı
·
3 günde okudu
·
Okunma: 31 Mart 2026 00:00
Hər zaman az oxunan, kütləvi maraqdan bir az kənarda qalan kitablar diqqətimi çəkib. İlqar Rəsulun "Getmə" romanına da bu maraqla başladım. Düzünü desəm, ilk 100 səhifədə davam etməyə çox çətinlik çəkdim. Həmidin o daxili susqunluğu, hadisələrin sanki yerində sayması məni sıxırdı. Etiraf etməliyəm ki, hadisələr həddindən artıq ləng idi və bu, oxucunu həqiqətən yora bilər. ​Romanın qəhrəmanı Həmid, bəlkə də ətrafımızda hər gün gördüyümüz, amma heç vaxt daxilinə boylanmadığımız o "yaxşı adamlardan" biridir. Müəllif sanki bir insanın səbrinin harda bitdiyini, "yaxşılıq" dediyimiz o ali duyğunun necə bir mənəvi yükə çevrildiyini bizə göstərmək istəyib. Həmidin ailəsi ilə olan soyuqluğu, Əsmərlə olan o qəribə, bitmək bilməyən daxili savaşı oxucunu bir nöqtədən sonra tamamilə özünə çəkir. ​Kitabın sonu isə mənim üçün tam bir sarsıntı oldu. O qədər "getmə" deməyimizə baxmayaraq, o qatarın Biləcəri stansiyasından yola düşməsi sadəcə bir ayrılıq deyil, bir insanın bu dünyaya olan sonuncu etirazı idi. ​"İçindən qatar keçən roman" ifadəsi boşuna deyilmiş. Kitabı bitirəndə sanki o qatar sənin də ruhundan keçib gedir. İlqar Rəsul bizə göstərdi ki, bəzən ən böyük gedişlər səssiz-səmirsiz, heç kimə xəbər etmədən baş verir.
Getməİlqar Rəsul · Qanun Nesriyyati · 201831 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
Hər qadın öz həyatının Sevilidir.
10/10
·55 syf.··
2026 5. kitabı
·
26 saatte okudu
·
Okunma: 27 Şubat 2026 22:00
Düşündüm ki, bu təhlili məhz 8 Mart günü paylaşım. Çünki bu gün Sevil və Gülüş kimi cəsarətli, zəhmətkeş və öz ayaqları üzərində durmağı bacaran qadınlarımızın günüdür. ​Tarix boyu qadınlar əzilib, xor görülüb, sanki bir əşya kimi kənara atılıblar. Amma Cəfər Cabbarlı bizə Sevil obrazı ilə sübut etdi ki, bir qadın istəsə, nələri bacarmaz! Gülüş bizə gözlərimizi necə açmağımızı, o qara çadradan (cəhalətdən) çıxıb öz ayaqlarımız üzərində durmağımızı öyrətdisə, Sevil bunun canlı sübutu oldu. O, sadəcə çadrasını deyil, ona vurulan cəhalət zəncirlərini də qırıb atdı. ​Bəs Balaş? O, öz kökündən utanan, xarici bər-bəzəyə aldanıb yanındakı əsl xəzinəni görməyən biridir. Balaşın aqibəti hamımıza dərs olmalıdır: öz mənliyini itirən və qadına sadəcə "xidmətçi" kimi baxan kişi, sonunda tənha və aciz qalmağa məhkumdur. Sevil elmlənib yüksələndə, Balaşın onun qarşısında necə kiçildiyini görmək pyesin ən təsirli məqamıdır. ​Qadınlarımıza məsləhətim: Heç vaxt kiməsə möhtac olduğunuzu düşünməyin. Sevil kimi çətinliklərdən keçə bilərsiniz, amma unutmayın ki, savad və iradə sizin ən kəskin silahınızdır. Özünüzə inanın, oxuyun və heç bir "Balaşın" sizin işığınızı söndürməyinə icazə verməyin. Bayramınız mübarək əziz xanımlar!
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020617 okunma
7/10
·99 syf.··
2026 4. kitabı
·
4 saatte okudu
·
Okunma: 08 Şubat 2026 23:06
​Kitabın ilk səhifələri yəqin ki, bütün Azərbaycan xalqına tanışdır. Xocalı haqqında yüzlərlə kitab yazılıb, filmlər çəkilib. Demək olar ki, orada yaşayan hər kəs Elnurə kimi vəhşicəsinə işgəncələrə məruz qalıb. Mən Elnurənin yaşadıqlarını yaşamadığım üçün onu əsla yarğılamaq fikrində deyiləm, amma verdiyi qərarlar haqqında bir-iki söz demək istəyirəm. ​Mən onun bu uşağı dünyaya gətirməsinə qəti şəkildə qarşı idim. Amma erməni oğlu olduğu üçün yox... Elnurənin yaşadıqlarının bəlkə də on qatını o uşaq yaşayacağı üçün! Məncə, Elnurə bu qərarı verərkən sadəcə özünü və analıq instinktini düşündü. Anlamadı ki, o uşaq-anasının, qardaşının, atasının və ilk eşqi Sadiqin qatili olan bir caninin parçasıdır. Sabah o uşaq böyüyəndə bu həqiqəti öyrənsə, nə dərəcədə sarsılacaqdı? Elnurəyə "məni bu amansız cəmiyyətin, bu nifrətin içinə gətirdiyin üçün sağ ol" deyəcəkdi? Heç inanmıram. ​Elnurənin sonrakı qərarları da ürəkaçan deyildi. Gürcüstana gedib özünə yeni bir həyat qurmaq şansı varkən, o nə özünü, nə də övladını düşündü. Bütün həyatını bir caniyə görə məhv etdi,və yenidən başladıqı yerə qayıtdı.Düzdür, Elnurənin hamilə olduğunu bilməzdən əvvəl də dayısının, dayısı oğlanlarının və qonşuların ona qarşı münasibəti insanlığa sığmırdı. Bu insanlardakı bu təfəkkür, bu cəhalət haradan gəlir? Nə ilə qidalanır bu amansızlıq? Vicdan deyilən anlayış həqiqətənmi yox olub? Bu suallar qarşısında sadəcə cavabsız qaldım. ​Və əsas toxunmaq istədiyim obraz Fərhaddır. Sevgisini etiraf etməyə belə cəsarəti çatmayan biri... O, əgər bir az cəsarətli olsaydı, o qızılgülləri Elnurənin qapısının ağzına və ya məzarına yox, özünə verərdi. Sahib çıxardı ona və övladına... Bəlkə onda Elnurə hazırda məzarda yox, aramızda olardı.
Mənim Erməni OğlumAkşin Xəyal ·  Baki Kitab Klubu · 0194 okunma
10/10
·208 syf.··
2026 2. kitabı
·
26 saatte okudu
·
Okunma: 06 Şubat 2026 23:33
Sənin hekayəni dinləmək istəyən, minlərlə insan var bəlkə də. Yaz, sevgilim, bir roman yaz. İnsanlara sevgini anlat. Sevməyin, sevə bilməyin gözəlliklərini anlat. İnsanların çoxu, beyinləri ilə sevir. Sən, ürəklə sevməyi anlat. ​Oar'ın "Yalnızlıqdan Şizofreniya" kitabını bitirdikdə təsirindən uzun müddət çıxa bilməmişdim. Mirəsgər Muradlının bu kitabının adına rast gələndə sanki bir doğmalıq hiss etdim və dərhal oxumağa başladım. Yaxşı ki də başlamışam... ​Kitabın süjet xətti o qədər axıcı və aydındır ki, hadisələrin içində sanki mən də vardım. Raulun hər sevincində gülümsəyib, hər kədərində onunla birlikdə sarsıldım. Müəllif sevgi, dostluq, xəyanət, ayrılıq və ölüm kimi bir çox məqama incəliklə toxunmuşdur. Əslində kitab haqqında çox uzun danışmağa ehtiyac yoxdur, ilk səhifəni açdığınız an zamanın necə keçdiyini və kitabın nə vaxt bitdiyini anlamayacaqsınız. ​Kitabı bitirən kimi müəllif haqqında məlumat axtardım, lakin təəssüf ki, çox az şey tapa bildim. Amma bir şeyi dəqiq bilirəm: Banunun son istəyi yerinə yetdi. Raul onların sevgisini bu sətirlərlə ölümsüzləşdirməyi bacardı. Ümid edirəm ki, hər birimizin qarşısına həyatın ən çətin anlarında əlimizdən tutacaq Anar və Lamiyə kimi sadiq dostlar çıxar.
Ölümdən Sonrakı ŞizofreniyaMirəsgər Muradlı · Qanun Nəşriyyatı · 2019122 okunma
8/10
·140 syf.··
2026 1. kitabı
·
14 saatte okudu
·
Okunma: 03 Şubat 2026 08:57
- Biz başqayıq, hə? Niyə? Çünki... çünki mənimçün sən varsan, səninçün də mən. Bu kitab az səhifəyə nə qədər böyük kədər sığdırmağın sübutudur. Steinbeck bizə göstərir ki, bəzən dünya sadəcə 'yaxşı' olanlar üçün deyil. Kitabın adı təsadüfü seçilməyib, əsərin adı şotland şairi Robert Börnsün 1785-ci ildə yazdığı "To a Mouse" şeirindəki məşhur bir misradan götürülüb: "Siçanların da, insanların da qurduğu ən yaxşı planlar çox vaxt boşa çıxır. Hekayəsi: Robert Börns tarlada işləyərkən kotanla yeri sürür və istəmədən bir siçanın yuvasını dağıdır. Siçan qış üçün özünə isti yuva qurmuşdu, ehtiyat görmüşdü. Amma bir saniyənin içində insanın kotanı gəlib o "planı" məhv etdi. Börns siçanı qovmur, əksinə, oturub onun üçün üzülür. O anlayır ki, siçanla insanın taleyi əslində eynidir. Şair siçana müraciət edərək deyir ki, sən tək deyilsən, biz insanlar da eyni gündəyik. Biz nə qədər gələcək üçün plan qursaq da, həyat gəlib o planları bir anda darmadağın edə bilir. Kitabda Lenninin daim əlində siçan gəzdirməsi və onları "istəmədən" öldürməsi də elə bu şeirə bir işarədir. Məncə, romanın əsas məğzi budur: Hər şeyin həddindən artığı zərərdir. Lenni qəddar deyildi, o, sadəcə bu dünya üçün çox 'böyük' idi. Amma onun saflığı da, fiziki gücü də 'həddindən artıq' idi. Elə bu aşırılıq onun başına bəla oldu. O, sadəcə sevmək və toxunmaq istəyirdi, amma dünya bu sevgini qəbul edə bilməyəcək qədər mürəkkəb və qəddardır. Corc və Lenninin o məşhur 'ferma xəyalı' əslində hamımızın qəlbində gəzdirdiyi o əlçatmaz dinclik yeridir. Kitabın sonu isə bir dostun dostu üçün edə biləcəyi ən ağır fədakarlıqla bitir. O son güllə səsi əslində tək Lennini deyil, həm də onların birlikdə qurduğu bütün ümidləri və gələcəyi öldürdü. Sonda anladım ki, bəzən ən təmiz xəyallar belə həyatın sərt
Siçanlar və AdamlarJohn Steinbeck · Qanun Neşriyat · 2024211,7bin okunma