Elə seriyanın ikinci kitabını bitirmişkən digər kitabın da çox qısa olduğunu görüb başlamışdım.Düzü birinci və ikinci kitab qədər təsirli olmasa da özünəməxsus məqamları var idi.
Süjet xətti də daha az dinamik idi.Amma baş obrazın həyatında baş verən hadisələr uşaqlıq illərinə nisbətən daha ağır idi.Bu baxımdan əsərdəki dinamikanın azlığı başa düşüləndir.
Kitabda bəyəndiyim tərəf isə Vasconcelosun bioqrafiyasına qısa da olsa toxunulmuş olmasıdır.Yazıçı haqda daha çox məlumatlandım və müəyyən məlumatlardan sonra daha çox rəğbətim yarandı.Gələcəkdə başqa kitabını oxumağı düşünməsəm də uşaq ədəbiyyatı üçün dəyərli yazıçı olduğunu vurğulamalıyam.