Gazi Mustafa Kemal ATATÜRK
Arxa fonda `fikrimin ince gülü` mahnısını açın posta başlayaq.
"Ben dünyaya senden üç sene erken göz açmışım ancak ilk Türk Cumhuriyet bayrağını ilk kez sen yükselttin zirveye ve bayrak inmesin diye senin elinden alıp ben Türkiye üzerinden dalgalandırmışım. İnmez demişsin bu bayrak inmeyecek!" bu cümlələri M.Ə.Rəsulzadənin `Azərbaycan Cumhuriyyəti` kitabını bitirdikdən sonra arxasına qeyd etmişdir. Hər dəfə oxuyanda üzüm gülür.
Prof. Dr. İlber Ortaylı, Gazi Mustafa Kemal ATATÜRK- təbii ki, məlum olduğu üzrə bir tarixçi tərəfindən qələmə alınan kitab tarixi faktlar, dərindən siyasi və tarixi, həmçinin siyasi analizlərlə doludur. Atatürk barədə tənqidçilərə faktlarla cavab verir və tarix elminə olan biganə və qeyri-profesional yanaşmanı tənqid edir. Kitab yalnız Atatürkün idarə etdiyi Türkiyə Cumhuriyyəti haqda deyil, həmçinin Mustafanın göz açdığı və süquta yaxınlaşan Osmanlı imperiyası, Lozanna müqaviləsi, onun hərbiçi kimi müvəffəqiyyətləri, sosial və elmi həyatdakı yeniliklərindən geniş söz açılır. Kiçik bir qeyd əlavə edim, əgər Türkiyənin tarixi barədə geniş və dərin məlumata sahib deyilsizsə kitab bir qədər size yora bilər.(480 səhifə)
Qeyd: Atatürkün Fikriye xanımı sevdiyi bir çox mənbələrdə rast gəlinən mənbədir. Odur ki, `Fikrimin ince gülü` mahnısını çox sevərək dinləyirmiş.