·184 syf.··Beğendi
···Okunma: 12 Şubat 2021 20:21 "Şeker portakalı" müəllifin yoxsulluq və səfalət içində keçmiş, ailəsi tərəfindən daim şiddət gördüyü uşaqlıq illərindən bəhs edir.
Hal-hazırda heç bir dillə ifadə edə bilməyəcəyim bir kədər var üzərimdə. Müəllifin uşaqlıq illərində yaşadığı hisslər, keçirtdiyi ağrılar mənə o qədər yaxın, o qədər doğmadır ki... Əvvəlində gülüb-əyləndiyim kitab, sonda məni göz yaşlarıma boğdu. Uilyam Şekspir deyir ki, yaraya lağ edər yaralanmamış olan. Kədər hissini duymaq da eynilə buna bənzəyir. Mən çox gözəl anlayıram ki, qəlbinin ən doğmalarına, hətta valideynlərinə belə həmişəlik küsməsi mümkündür..
Heyvandan tutmuş, insana kimi yer üzündə bütün canlılar şəfqət və mərhəmət istəyir. Övladlarınızı, xüsusilə uşaqkən quru sevgidən və şəfqət hissindən məhrum etməyin. Onlara qəti şəkildə şiddət göstərməyin. Nəticədə bəzən bu ömürlük travmaya, psixi pozğunluğa qədər gətirib çıxarar, şiddətin nəticələri onları heç vaxt tərk etməz.
Valideyn olmaq olduqca məsuliyyət tələb edir. Əsəblərinizi onun üzərinə tökəcək, şiddət göstərəcək, xəyallarını alt-üst edəcəksinizsə, bu dünyaya övlad gətirməyin.
Şiddətdən savayı məni təsirləndirən daha bir məqam sevdiyini itirmək duyğusu oldu. Fərqi yoxdur, bu insan da ola bilər, heyvan da, məkan da, ağac da, bitki də.. Həqiqətən də bir şeyə həddindən çox bağlanmaq insanı çox üzür.. Əlimizdə və ən yaxınımızda olan hər şeyi bir gün itirəcəyimizi dərk etməli və öncədən qəbul etməliyik.
Mənim illər boyu yaşayıb sonra birdəfəlik köçdüyümüz məkan hər ağlıma düşdükcə burnumun ucu göynəyir, uzun illər bir uşaq kimi baxdığım pişiyimin ölümü gözümün önündə canlandıqca ürəyim para-para olur. Üzərindən illər keçsə belə, bəzi məqamları insan heç unuda bilmir..
Kitabı oxuyarkən həm uşaqlığıma, həm də yaxın keçmişə qayıtdım. Bu bir incələmə yox, öz hisslərimi sizinlə bölüşmək oldu :)
Kitabı oxuyan hər kəs Zézé'ni çox sevəcək və kiçicik yaşlarında keçirtdiyi nəşəli, yaramaz, bir o qədər də kədərli həyatı hər kəsin gözlərini yaşardacaq.
Sonda isə Xəlil Cibran'dan mövzu ilə çox bağlılığı olan bir şeir paylaşmaq istərdim;
Çocuklarınız sizin çocuklarınız değil,
Onlar kendi yolunu izleyen Hayat'ın oğulları ve kızları.
Sizin aracılığınızla geldiler ama sizden gelmediler
Ve sizinle birlikte olsalar da sizin değiller.
Onlara sevginizi verebilirsiniz,düşüncelerinizi değil.
Çünkü onların da kendi düşünceleri vardır.
Bedenlerini tutabilirsiniz,ruhlarını değil.
Çünkü ruhları yarındadır,
Siz ise yarını düşlerinizde bile göremezsiniz.
Siz onlar gibi olmaya çalışabilirsiniz ama sakın onları
Kendiniz gibi olmaya zorlamayın.
Çünkü hayat geriye dönmez,dünle de bir alışverişi yoktur.
Siz yaysınız,çocuklarınız ise sizden çok ilerilere atılmış oklar.
Okçu,sonsuzluk yolundaki hedefi görür
Ve o yüce gücü ile yayı eğerek okun uzaklara uçmasını sağlar.
Okçunun önünde kıvançla eğilin
Çünkü okçu,uzaklara giden oku sevdiği kadar
Başını dimdik tutarak kalan yayı da sever.