"Etiraflarım" 17 yaşımda mənim düşüncələrimə yön verən və dönüm nöqtəsini təşkil edən əsas kitablardan biri olub. Bəlkə də uyğun "zaman və məkan"a təsadüf etdiyinə görə. Elə uyğun zaman və məkan kitabın verimliliyini artıran başlıca amildir. Daha çox özü kimi deyil, mənim özüm kimi düşünməyimə səbəb olmuşdu.
Sənin bu "etiraflarından" alıntılarını oxuyur, bunları düşünürdüm, elə təkrarı paylaşmağım alıntılardan birini oxuyub, bu incələməmi yadıma saldığına görə oldu. Təzədən başlayacam deyəsən oxumağa "Etiraflarım"ı.
Hiç deyə bəhs etməsindəki əsas anlam mənim həyatın anlamı barəsində indiyə qədər üzərində dayandığım və ən məntiqli qəbul etdiyim fikir olaraq qalmaqdadır. "Totem və Tabu"da Freud'un əla aldığı mövzular isə daha əl ilə tutulan, günlük həyatımıza qədər uzanan böyük anlamlar yüksəldiyimiz şeylərin belə desəm kökünü qazıyır.
Nəyə görə isə bu iki kitab anlam anlayışı çərçivəsində mənim üçün daha çox aydınlatıcı qaynaqlar olaraq qalır.