Gönderi

Antuanın universitet yolu onun maraqlarının şaxələnmiş labirintinə uyğun oldu, maraq­la­rı isə daim yeniləşir, bitmək-tükənmək bilmirdi. Onun dostları az idi, çünki assosiallığın hədsiz dözüm­süz­lükdən əmələ gələn formasından əziyyət çəkirdi. Şəxsi maraq və meyllərinin üfüqi nəyinsə naminə zorla birləşən qruplara yolunu bağlayırdı. O özünü nifrətə əsaslanan həmrəylikdən qoruyurdu, məhz sərhəd və klan tanımayan maraqcıllığı və səmimiyyəti onu doğma ölkə­si­nə yad­laş­dırırdı. İctimai rəyin “hə”, “yox” və “cavab ver­mə­yə çətinlik çə­­kirəm” arasında seçim təklif edən an­ket sor­ğu­ları çər­çivəsinə sıxışdırıldığı dünyada Antuan qrafa­lar­­dan birinin qarşısına quş qoymaq istəmirdi. “Le­hinə” və ya “əleyhinə” rəy bildirmək, onun fik­rin­cə, mürək­kəb prob­lem­ləri yolverilməz şəkildə bə­sitləşdirmək olar­dı. Üstəlik, o, həm də utancaq idi və ondan uşaqlığın son ümidi kimi yapı­şmışdı. He­sab edirdi ki, insan təbiəti o qədər maraqlı və zən­gindir ki, naməlum, anlaşılmaz yad adam­lar qar­şı­sın­da az da olsa özünü itirməmək üçün həd­siz də­rəcədə lovğa olmalısan. Elə hallar olurdu ki, az qala öz qiy­mətli utan­caqlığını rədd edib, əzə bil­mə­diyimiz halda bizə nif­rət edənlərlə təmas qurmaq istəsə də, tez özünü ələ alıb, çə­kingənliyini şəx­­siy­yətin özünəməxsus vahəsi kimi qo­ruyurdu.Bundan başqa, tam haqlı olaraq özünə inan­sa da, hər halda özünə o qədər də etibar etməməyə çalışır, öz-özüy­lə o qədər də tez razılaşmır və hesab edir ki, ağlımızın kəşf et­diyi sözlər bəzən bizi tovlayaraq yanlış yola aparır.
·
5 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.